...

"Atəşgah Həyat" istehsalatda bədbəxt hadisələrdən sığorta üzrə 1 milyon manat ödəniş edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2012 17:44 (UTC +04:00)
"Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" Sığorta Şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti sığorta ödənişini həyata keçirib.
"Atəşgah Həyat" istehsalatda bədbəxt hadisələrdən sığorta üzrə 1 milyon manat ödəniş edib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

"Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" Sığorta Şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti sığorta ödənişini həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Bakıda yerləşən tikinti şirkətlərinin birinin əməkdaşı bədbəxt hadisə nəticəsində həlak olub.

Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 42,2 min manat təşkil edib. Məbləğ faydalanan şəxslərə - mərhumun həyat yoldaşı və övladlarına ödənilib.

Hazırda "Atəşgah Həyat" SŞ-nin istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə ödənişlərinin ümumi məbləği təqribən 1 milyon manat təşkil edib.

"Atəşgah Həyat" həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti