...

Azərbaycanda tikinti sahəsində sabit artım müşahidə edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2012 13:27 (UTC +04:00)
Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 80 faizdən çoxunu təşkil edən özəl sektorun payı artmaqda davam edəcək.
Azərbaycanda tikinti sahəsində sabit artım müşahidə edilir

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 80 faizdən çoxunu təşkil edən özəl sektorun payı artmaqda davam edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev "BakuBuild-2012" 18-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisinin açılışında deyib.

"Ölkə iqtisadiyyatı sabit inkişaf edir və bu prosesdə Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığa dəstək üzrə atılan addımlar böyük rol oynayır", - Əfəndiyev qeyd edib.

Onun sözlərinə görə, tikinti sektoru ölkə iqtisadiyyatının sürətlə inkişaf edən sahələrindən biridir.

Dövlət Şəhrsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib ki, tikinti sektorunda sabit və daimi artım müşahidə edilir.

"18 illiyini qeyd edən tikinti sərgisi təkcə sektorun özünün inkişafında deyil, həmçinin ölkənin xaricdə populyarlaşmasında mühüm rol oynayır", - Qocayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti