Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir C.Nəsibova/
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Bakıda iki ölkə sahibkarlarının biznes forumu keçiriləcək. Tədbirdə kənd təsərrüfatı və qida sənayesi, neft sənayesi, tikinti, təhsil, aviasiya, yük daşınmaları, turizm, ticarət, metallurgiya, tullantıların idarə edilməsi, tekstil istehsalı, tibbi ləvazimatların təchiz atı, bioyanacaq istehsalı və digər sektorları təmsil edən Birləşmiş Ərəb Əmirlikləri sahibkarları iştirak edəcəklər.
Cari ildə iki ölkə arasında əmtəə dövriyyəsi 79 milyon dollar təşkil edib.
Biznes forumu noyabrın 14- də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda "Four Seasons" hotelində keçiriləcək.