...

Sumqayıtda daşınmaz əmlakın elektron kadastrı tətbiq edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2012 19:17 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti və bələdiyyəsi ilə anlaşma memorandumu imzalayıb.
Sumqayıtda daşınmaz əmlakın elektron kadastrı tətbiq edilir

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir C.Nəsibova/

Əmlak Məsələləri Dövlət Komitəsi Sumqayıt Şəhər İcra Hakimiyyəti və bələdiyyəsi ilə anlaşma memorandumu imzalayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

"Memorandum daşınmaz əmlakın kadastrı üzrə qarşılıqlı məlumat mübadiləsi məqsədilə əməkdaşlıq çərçivəsində imzalanıb.Ümumiyyətlə yaxın 3 il ərzində Sumqayıt, Bakı, Gəncə şəhərləri və Şəki rayonu üzrə mükəmməl kadastrın, respublikamızın digər şəhər, rayon, qəsəbə və kəndləri üzrə isə sadə kadastrın yaradılması planlaşdırılır", - məlumatda bildirilir.

Memorandum Əmlak Məsələləri Dövlət Komitəsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) təşkilatçılığı ilə dekabrın 6-da Sumqayıtda keçirilən tədbirdə imzalanıb.

Məlumata görə, artıq Şəki Ərazi Qeydiyyat İdarəsinin yeni müasir inzibati binası istifadəyə verilib. Yaxın günlərdə Gəncə Ərazi Qeydiyyat İdarəsinin yeni binası istifadəyə veriləcək. Beyləqan və Bərdə ərazi qeydiyyat idarələrinin yeni binalarının tikintisi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti