...

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2012 18:22 (UTC +04:00)
Kənd təsərrüfatı naziri İsmət Abasov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Fəhəd bin Əli əl Dosəri ilə görüşüb.
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq müzakirə olunub

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Kənd təsərrüfatı naziri İsmət Abasov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Fəhəd bin Əli əl Dosəri ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə məqsəd hər iki ölkə arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin və perspektivlərinin müzakirəsi olub.

Nazir İsmət Abasov Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsini daha da məqsədəuyğun hesab edib və aşağıdakı təklifləri nəzərə çatdırıb: iki ölkə arasında aqrar sahədə ikitərəfli əməkdaşlığın hüquqi bazasının daha da genişləndirilməsi məqsədilə baytarlıq, fitosanitar və nazirliklərarası saziş layihələrinin hazırlanması;
Səudiyyə Ərəbistanında yetişdirilən yüksək məhsuldar, xəstəlik və ziyanvericilərə davamlı taxıl toxumlarının ölkəmizdə rayonlaşdırılması və müvafiq seleksiya işlərinin aparılması;
baytarlıq, bitki mühafizəsi və karantini sahəsində təcrübə mübadiləsi;
kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və saxlanılması sahəsində birgə layihələrin həyata keçirilməsi;
ticarət missiyalarının təşkil edilməsi, xüsusi sərgilərin keçirilməsi, ticarətin təşviq edilməsi, ticarət sərgiləri də daxil olmaqla strateji marketinq fəaliyyətlərinin həyata keçirilməsi;
organik kənd təsərrüfatı məhsul istehsalı və bu sahədə fermerlərə səmərəli məsləhət xidmətinin göstərilməsi sahəsində təcrübə mübadiləsi;
aqrar yönümlü elmi-tədqiqat institutları arasında əməkdaşlıq əlaqələrinin yaradılması.

Nazir İsmət Abasov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olmasını diqqətə çatdırıb.

Görüş zamanı Azərbaycanda iri südçülük təsərrüfatlarının yaradılmasına Səudiyyə Ərəbistanın iş adamlarının investisiya qoyuluşu imkanları müzakirə olunub və səfir bu istiqamətdə Əmrah Bank ilə müəyyən əlaqələrin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti