...

Dövlət Gömrük Komitəsi Rusiya ilə sərhəddə avtomobil növbəsinin yaranması ilə bağlı məsələyə aydınlıq gətirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2012 12:49 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi Rusiya ilə sərhəddə avtomobil növbəsinin yaranması ilə bağlı məsələyə aydınlıq gətirib.
Dövlət Gömrük Komitəsi Rusiya ilə sərhəddə avtomobil növbəsinin yaranması ilə bağlı məsələyə aydınlıq gətirib

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Dövlət Gömrük Komitəsi Rusiya ilə sərhəddə avtomobil növbəsinin yaranması ilə bağlı məsələyə aydınlıq gətirib.

"Son günlər Azərbaycan-Rusiya sərhədində, Xaçmaz Gömrük İdarəsinin Samur gömrük-keçid məntəqəsində qonşu ölkəyə keçmək istəyən avtomaşınların növbəsi yaranmışdır. Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, yaranan bu cür növbələrin Azərbaycan tərəfi ilə heç bir əlaqəsi yoxdur", - DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyilir.

Məlumatda bildirilir ki, Azərbaycan gömrük orqanları istər sərnişinlərin, istərsə də avtomaşınların dövlət sərhədini keçmə prosesini tez bir zamanda və operativ olaraq həyata keçirir.

"Mövcud problemin əsas səbəbi Dağıstanın Məhərrəmkənd gömrük keçid məntəqəsində avtomobillərin yoxlanılmasına həddən artıq vaxt sərf edilməsidir. Bu da təbii olaraq sərnişinlərin və sürücülərin haqlı narazılığına səbəb olur", - DGK-dan qeyd edilib.

Məlumata görə, yaranan problemin həlli məqsədilə dekabrın 20-də hər iki ölkənin gömrük rəsmilərinin Azərbaycan-Rusiya sərhədində görüşü keçiriləcək. Görüşdə tərəflər məsələnin tez bir zamanda həll olunması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə bağlı müzakirələr aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti