...

İvanişvili: Gürcüstan Bakı-Tbilisi–Qars dəmir yolu layihəsini dayandırmaq niyyətində deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2012 11:45 (UTC +04:00)
Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini dayanadırmağa hazırlaşmır və əksinə, bu tikintiyə kömək etmək istəyir.
İvanişvili: Gürcüstan Bakı-Tbilisi–Qars dəmir yolu layihəsini dayandırmaq niyyətində deyil

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini dayanadırmağa hazırlaşmır və əksinə, bu tikintiyə kömək etmək istəyir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gürcüstanın Baş naziri Bidzina İvanişvili brifinqdə bəyan edib.

O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması coğrafi baxımdan "çox maraqlıdır", lakin iqtisadi planda bəzi məsələlər var.

"Yeni dəmir yolunun tikintisi Gürcüstan limanlarından və Gürcüstan dəmir yolunun özündən yüklərin axınına səbəb ola bilər, buna görə biz qonşularımızla, ilk növbədə Azərbaycanla məsləhətləşmələr keçirməliyik", - o deyib.

İvanişvili qeyd edib ki, Gürcüstanın dəmir yollarının inkişafı üçün pullar xərclənir və bu, müəyyən suallar doğurur. "Mənim suallarım ünvanına çatıb və biz həmin problemləri müzakirə edirik", - Baş nazir bildirib.

Onun sözlərinə görə, bu layihə ətrafında çoxlu sayda suallar var və ona görə də o, dekabrın 26-da Bakıya səfəri zamanı bu məsələni müzakirə etmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti