...

Azərbaycanın bank sektorunun kapitallaşması il ərzində 5 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2013 15:49 (UTC +04:00)
2012-ci il dekabrın 1-nə Azərbaycanın bank sektorunun kapitallaşması il ərzində təqribən 29,8 faiz artaraq 2447,8 milyon manata (2011-ci ilin sonuna bankların məcmu kapitalı 1886,3 milyon manat olub) çatıb.
Azərbaycanın bank sektorunun kapitallaşması il ərzində 5 faiz artıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir A.Axundov/

2012-ci il dekabrın 1-nə Azərbaycanın bank sektorunun kapitallaşması il ərzində təqribən 29,8 faiz artaraq 2447,8 milyon manata (2011-ci ilin sonuna bankların məcmu kapitalı 1886,3 milyon manat olub) çatıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatında deyilir.

AMB-nin məlumatına görə, kapitalı 10 milyon manatdan çox olan bankların sayı noyabrın yekunları üzrə 40 ədəd təşkil edib ki, bu da əvvəlki ayla eynidir. Ölkənin bütün banklarının ümumi kapitalının həcmində bu kateqoriyadan olan bankların xüsusi çəkisi qeyd edilən dövrün yekunları üzrə 99,5 faiz təşkil edib.

Bir bankın (xüsusi çəkisi 0,3 faiz) kapitalı 5-10 milyon manat, bir bankın (0,2 faiz) kapitalı 3,5-5 milyon manat, daha bir bankın kapitalı isə 3,5 milyon manat çərçivəsində formalaşıb.

Hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir.

Bununla yanaşı, ölkənin bütün bank sektorunun aktivlərinin 89 faizini əhatə edən bankların məcmu kapitalı artıq AMB-nin 50 milyon manat həcmində yeni tələbinə uyğun gəlir. Bu tələb 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti