...

Azərbaycanda ipoteka istiqrazlarının ilk emissiyasının gəlirliliyi azalır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2013 12:03 (UTC +04:00)
Bazardakı likvidlik nəzərə alınmaqla yeddiillik ipoteka kağızlarının (AZ200100868) gəlirliliyi ikinci bazarda 3%-dən aşağı düşüb və gəlirlilik 2,97% - 2,99% hədləri arasında müəyyənləşdirilir.
Azərbaycanda ipoteka istiqrazlarının ilk emissiyasının gəlirliliyi azalır

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Bazardakı likvidlik nəzərə alınmaqla yeddiillik ipoteka kağızlarının (AZ200100868) gəlirliliyi ikinci bazarda 3%-dən aşağı düşüb və gəlirlilik 2,97% - 2,99% hədləri arasında müəyyənləşdirilir. Trend-in məlumatına görə, bu barədə PASHA Bank-ın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə baş direktoru Taleh Kazımov bildirib.

"10 yanvar tarixlərində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazların (AZ2001008682) ilk emissiyasının növbəti sövdələşməsi həyata keçirildi. Sövdələşmə çərçivəsində marketmeyker qismində iştirak edən PAŞA Bank həmin kağızların 1,5 mln. manat məbləğində satışını təmin edib. Ertəsi gün 11 yanvar tarixində 1 və 1,5 mln. manat məbləğində və müvafiq olaraq 2,97% və 2,962% gəlirliliklə kağız satışı qeydə alınıb. Vurğulamaq istərdik ki, tələbin artması səbəbi ilə həmin kağız üzrə gəlirlilik 2,962% səviyyəsinə qədər enib", - bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Qeyd edək ki, PAŞA Bank 2012-ci ilin ikinci yarımilliyində Azərbaycan İpoteka Fondunun ipoteka istiqrazları üçün market-meyker xidmətləri göstərməyə başlayıb.

Bu ana kimi həmin kağız üzrə bu dəhlizdə təxminən 10,2 mln. AZN həcmində sövdələşmələr həyata keçirilib. Təmin edilmiş ipoteka istiqrazları olan bu kağızın borcunun ödənilməsinə 4 ildən az vaxt qalır.

Xatırladaq ki, PAŞA Bank həmçinin korporativ kağızlara da ilk dəfə olaraq market-meyker xidmətləri göstərməyə başlamışdı. Keçən ilin yekunlarına görə, Bank tərəfindən dörd emitentin (bank və telekommunikasiya sektoru da daxil olmaqla müxtəlif sahələri təmsil edən) təxminən 70,4 mln. Manat məbləğində korporativ istiqrazları buraxılmışdı.

PAŞA Bankın investisiya istiqamətində fəaliyyətinin nəticələri peşəkar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib, bu səbəbdən nüfuzlu "EMEA Finance" beynəlxalq maliyyə jurnalının "Azərbaycanın ən yaxşı investisiya bankı" nominasiyası üzrə mükafatına layiq görülüb.

PAŞA Bank yeni emitentlərin buraxılışını təşkil edərək bazarın peşəkar iştirakçısı kimi öz mövqeyini möhkəmləndirməyi davam etdirməyi və qiymətli kağızların bazarını inkişaf etdirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti