...

Kənd təsərrüfatı məhsulları istehsalçılarına 28,4 milyon manatlıq maşın və avadanlıqlar satılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2013 15:35 (UTC +04:00)
2012-ci il ərzində "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 28,4 milyon manat dəyərində kənd təsərrüfatı maşın və avadanlıqları satılıb və verilib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına 28,4 milyon manatlıq maşın və avadanlıqlar satılıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

2012-ci il ərzində "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 28,4 milyon manat dəyərində kənd təsərrüfatı maşın və avadanlıqları satılıb və verilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu dövr ərzində 674 ədəd müxtəlif növ traktor, 651 ədəd kotan, 154 ədəd səpici aqreqat, 121 ədəd otbiçən, 96 ədəd çiləyici və tozlayıcı maşın, 48 ədəd taxılyığan kombayn, 33 ədəd bağarası frez, 29 ədəd gübrəsəpən maşın, 23 ədəd ot dırmıqları, 15 ədəd traktor yedəkləri (qoşqular), 12 ədəd taxıl-toxum təmizləyən və 135 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb və verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti