...

Türkiyədə yol və körpülərin özəlləşdirilməsi ləğv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2013 10:30 (UTC +04:00)
Türkiyədə yol və körpülərin özəlləşdirilməsi ləğv edilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin Ali Özəlləşdirmə Şurasının yaydığı məlumatda deyilir.
Türkiyədə yol və körpülərin özəlləşdirilməsi ləğv edilib

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə yol və körpülərin özəlləşdirilməsi ləğv edilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin Ali Özəlləşdirmə Şurasının yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, daha əvvəl Ədirnə-İstanbul-Ankara, Pozantı-Tarsus-Mersin, Tarsus-Adana-Qaziantep, Toprakkale-İsgenderun, Qaziantep-Şanlıurfa, İzmir-Aydın avtomobil magistralları, eləcə də Fatih Sultan Mehmet körpüsünün özəlləşdirilməsi gözlənilirdi.

Özəlləşdirmənin ləğv edilməsinin səbəbi açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti