...

“Kapital Bank” mədəniyyət sahəsində növbəti kampaniyaya başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2013 13:55 (UTC +04:00)
"Kapital Bank" ənənələrinə sadiq qalaraq daha bir mədəniyyət layihəsinə imza atıb.
“Kapital Bank” mədəniyyət sahəsində növbəti kampaniyaya başlayır

Azərbaycan, Bakı, 15 mart /Trend/

"Kapital Bank" ənənələrinə sadiq qalaraq daha bir mədəniyyət layihəsinə imza atıb. Trend-ə cümə günü bankdan daxil olan məlumatda qeyd olunub ki, bank ötən il dünyasını dəyişmiş korifey sənətkarımız, Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli Yaşar Nurinin seçilmiş tamaşalarının toplusunu hazırlayıb.

Ötən illərdə də "Kapital Bank" tərəfindən Bakı haqqında mahnıların, Azərbaycan filmlərinin və dahi müğənni Müslüm Maqomayevin ifalarının əks olunduğu analoji toplular hazırlanıb. Bu layihələr böyük maraqla qarşılanıb.

Bu il isə unudulmaz aktyor Yaşar Nurinin xatirəsinə hörmət əlaməti olaraq onun baş rolda oynadığı 14 televiziya tamaşası 12 DVD diskdə toplanıb. Bu, Bankın öz müştərilərinə, tərəfdaşlarına Novruz bayramı hədiyyəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti