...

Azərbaycanda elektron ticarət sistemində birja komissiya haqqı altı dəfə azaldılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2013 14:45 (UTC +04:00)
Bakı Banklararası Valyuta Birjasının (BBVB) birja elektron ticarət sistemində (BEST) likvidliyin artırılması məqsədi ilə müvəqqəti olaraq 2013-ci il aprelin 1-dən etibarən hər ticarət sessiyasının yekunlarına görə yaranmış netto öhdəliklər məbləğindən birja komissiya haqqı 6 dəfə azaldılacaq.
Azərbaycanda elektron ticarət sistemində birja komissiya haqqı altı dəfə azaldılır

Azərbaycan, Bakı, 28 mart/Trend/

Bakı Banklararası Valyuta Birjasının (BBVB) birja elektron ticarət sistemində (BEST) likvidliyin artırılması məqsədi ilə müvəqqəti olaraq 2013-ci il aprelin 1-dən etibarən hər ticarət sessiyasının yekunlarına görə yaranmış netto öhdəliklər məbləğindən birja komissiya haqqı 6 dəfə azaldılacaq. Bu barədə cümə axşamı Trend-ə BBVB-dən bildiriblər. Hazırda birja komissiya haqqı 0,03 faizdir.

Qəbul edilmiş qərara əsasən, maliyyə alətləri ürə birja komissiya haqqı aşağıdakı qaydada ödəniləcək:

USD/AZN_TOD, USD/AZN_TOM, USD/AZN_SPT,
Swap_USD/AZN_TOD_TOM, Swap_USD/AZN_TOD_SPT,
Swap_USD/AZN_TOM_SPT,Swap_USD/AZN_TOD_1Week,
Swap_USD/AZN_TOD_2Week, Swap_USD/AZN_TOD_1 Month

- rüsumun məbləği 0,005 %, maksimal məbləği 500 USD manat ekvivalentində ödənilir (AMB-nin həmin günə rəsmi məzənnəsi ilə).

EUR/AZN_TOD,EUR/AZN_TOM, Swap_EUR/AZN_TOD_1Week,Swap_EUR/AZN_TOD_1 Month

- rüsumun məbləği 0,005%, maksimal məbləği 500 AVRO manat ekvivalentində ödənilir (AMB-nin həmin günə rəsmi məzənnəsi ilə).

EUR/USD_TOD,EUR/USD_TOM

- rüsumun məbləği 0,005%, maksimal məbləği 500 AVRO və AMB-nin həmin günə olan avronun dollara qarşı rəsmi məzənnəsi ilə manatla ödənilir.

RUR/AZN_TOD,RUR/AZN_TOM
- rüsumun məbləği 0,1% həcmində ödənilir.


Birja tərəfindən göstərilən xidmətlərin universallıq prinsipi üzərində qurulmuş sistem bu gün də bankların qısamüddətli likvidliyi və valyuta risklərinin kompleks şəkilində idarə edilməsi üçün müasir bir platformadır. BEST Azərbaycan bankları üçün həm xarici valyutalarla əməliyyat aparmaq, həm də mütəşəkkil banklararası kredit bazarında vəsaitlərin yüksək fəallıqla borcalma və yerləşdirmə əməliyyatlarını yerinə yetirmək imkanlarını verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti