...

Bu ilin I rübündə "Azərsu" ASC-yə 1 milyon manata yaxın ziyan vurulub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2013 16:54 (UTC +04:00)
“Azərsu” ASC-nin Abonent işləri departamenti və yerli sukanal departamentlərinin əməkdaşları həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində təkcə mart ayı ərzində 140-ı Bakı şəhərində, 24-i isə müxtəlif rayonlarda olmaqla içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 164 fakt aşkarlayıblar.
Bu ilin I rübündə "Azərsu" ASC-yə 1 milyon manata yaxın ziyan vurulub (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend/

"Azərsu" ASC-nin Abonent işləri departamenti və yerli sukanal departamentlərinin əməkdaşları həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində təkcə mart ayı ərzində 140-ı Bakı şəhərində, 24-i isə müxtəlif rayonlarda olmaqla içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 164 fakt aşkarlayıblar.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin faktlar aktlaşdırılıb və qiymətləndirmə nəticəsində "Azərsu" ASC-yə dəymiş ziyan 269 924 manat məbləğində müəyyən edilib.

Ümumilikdə 2013-cü ilin yanvar-mart aylarında həyata keçirlən tədbirlər nəticəsində içməli sudan və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə halları ilə bağlı 394 fakt aşkar edilib. Araşdırmalar nəticəsində Səhmdar Cəmiyyətə dəymiş ziyanın məbləği 925 900 manat olub. Görülmüş tədbirlər nəticəsində bu məbləğin 363 616 manatının ödənilməsi təmin edilib.

"Azərsu" ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir və belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək. İçməli sudan və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edən abunəçilərin su təchizatı qeyd-şərtsiz dayandırılacaq və "Azərsu" ASC-yə dəymiş ziyanın həmin abunəçilər tərəfindən ödənilməsi tələb ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti