...

Azərbaycanda investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə 1,7 milyon dollardan çox investisiya yatırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2013 17:39 (UTC +04:00)
2013-cü ilin I rübündə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə müqavilələr çərçivəsində təqribən 1,3 milyon manat həcmində investisiya qoyulub. Bu barədə Trend çərşənbə günü Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən məlumat verir.
Azərbaycanda investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə 1,7 milyon dollardan çox investisiya yatırılıb

Azərbaycan, Bakı, 1 may /Trend/

2013-cü ilin I rübündə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə müqavilələr çərçivəsində təqribən 1,3 milyon manat həcmində investisiya qoyulub. Bu barədə Trend çərşənbə günü Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən məlumat verir.

Səhmlərin satışı üzrə keçirilmiş 15 pul və ixtisaslaşdırılmış pul hərracında 16 səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilib.

2013-cü ildə ümumilikdə respublika üzrə kiçik özəlləşdirmə formasında 270-ə yaxın müəssisə və obyekt özəlləşdirilib. Cari ildə 220-yə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Hesabat dövründə 229 qeyri-yaşayış sahəsi, 255 torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

2013-cü il 1 yanvar - 20 aprel tarixləri ərzində ölkə üzrə 48 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 14 minə yaxını ilkin, 34 mindən çoxu isə təkrar qeydiyyata aid olub.

2013-cü il aprelin 20-nə olan vəziyyətə görə, 6353 hüquqi şəxs statuslu dövlət müəssisəsi və onların 7490 filialının (cəmi 13 843) malik olduğu 146 352 daşınmaz əmlak barədə məlumatlar registrdə qeydiyyata alınıb.

Məlumata görə, yanvar-mart aylarında ƏMDK-nın sərəncamında olan 69 dövlət müəssisəsi və 296 dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətləri 2012-ci ilin illik balans hesabatları və inventarizasiya aktları təqdim ediblər.

Hesabat müddətində 15 dövlət və qeyri-dövlət təşkilatının bina, qeyri-yaşayış və torpaq sahəsi ilə təmin edilməsi məsələsi ilə bağlı 33 təklif hazırlanıb və 1 təşkilat müvafiq bina, qeyri-yaşayış və torpaq sahələri ilə təmin olunub.

Dövlət əmlakının mövcudluğu, qorunub saxlanması və ondan səmərəli istifadə olunması, dövlət büdcəsinə çatacaq dividendlərin hesablanması və ödənilməsi vəziyyətinin araşdırılmasına dair ümumilikdə 100-ə yaxın monitorinq keçirilib.

Cari ilin ilk 4 ayında komitəyə 6800-ə yaxın dövlət müəssisə və təşkilatı tərəfindən 2012-ci ilin yekununa görə "Dövlət əmlakının qorunub saxlanması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması" daxil olub. Qəbul edilmiş illik xüsusi hesabatlar təhlil edilib.

Hesabat müddətində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastrı ilə bağlı fəaliyyət sahələrini tənzimləyən 12 normativ hüquqi xarakterli sənəd layihəsi hazırlanıb.

Daxili imkanlar hesabına müasir standartlara uyğun Gəncə və Şəki Ərazi Qeydiyyat idarələri inşa edilib və istifadəyə verilib. Beyləqan və Bərdə Ərazi Qeydiyyat idarələrinin yeni binalarının tikintisi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti