...

Mərkəzi Bank: Azərbaycanda ucuz evlər təklifi bazarını artırmaq lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2013 13:33 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) respublikada ucuz evlərin tikintisi ilə bağlı böyük layihənin hazırlanması məsələsi üzrə ölkə rəhbərliyi və bank sektoru ilə danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
Mərkəzi Bank: Azərbaycanda ucuz evlər təklifi bazarını artırmaq lazımdır

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) respublikada ucuz evlərin tikintisi ilə bağlı böyük layihənin hazırlanması məsələsi üzrə ölkə rəhbərliyi və bank sektoru ilə danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

"Biz kommersiya, bəlkə də sosial ipoteka çərçivəsində maliyyələşdirmənin həcminin artımına getməliyik. Amma bu sonsuz proses deyil. Əsas ucuz evlər təklifi bazarını artırmaq lazımdır ki, ipoteka kreditinə layiqli ev almaq mümkün olsun. Biznes, hökumət, bank cəmiyyəti bunu necə etmək barədə düşünməlidir", - Rüstəmov bildirb.

Onun sözlərinə görə, xüsusilə gənclər üçün ölkədə ucuz, əlçatan, təmirli evlərin olması vacib, lakin eyni zamanda çətin məsələdir.

"Biz kommersiya ipotekasının həcmini artıracağıq. Bizim bu il istiqraz vərəqələrinin hesabına bazarda borcalmaları artırmaq imkanlarımız var", - Rüstəmov bildirib.

Onun sözlərinə görə, bundan başqa bu il Azərbaycan İpoteka Fondunun xətti ilə təqdim olunan kommersiya ipotekasının maksimum məbləğinin artırılması imkanları mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti