...

Azərbaycan ölçü vahidləri sahəsində hüquqi bazanı təkmilləşdirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbirlər M. Əliyev, A. Axundov/

Bu gün Milli Məclis plenar iclasında üçüncü oxunuşda "Ölçü vahidlərinin təmin edilməsi haqqında" qanunu qəbul edib.

Trend-in məlumatına görə, yeni qanunda metrologiya sahəsində dövlət tənzimlənməsi altına düşən sahələr, həmçinin belə tənzimlənməyə ehtiyac olmayan sahələr konkretləşdirilib.

Yeni qanunun qəbul edilməsi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması baxımından vacibdir.

Bu sahədə qüvvədə olan qanun Azərbaycanda 2000-ci ildə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti