...

Bank of Baku-nun 8145 SMS xidmətindən artıq sahibkarlar da faydalana biləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2013 16:32 (UTC +04:00)

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə dəstək məqsədi ilə "Bank of Baku" onlara daha bir yenilik təqdim edir.

Bundan belə, bankdan kiçik biznes krediti almış müştərilər 8145 SMS xidmətindən faydalana biləcək. 8145 SMS xidmətindən bir müddətdir ki, "Bank of Baku"-nun istehlak kreditləri üzrə müştəriləri istifadə edir və artıq bu şərait kiçik biznes krediti almış şəxslərə də şamil ediləcək.

8145 nömrəsinə müvafiq ismarıc göndərməklə bankın müştəriləri təklif olunan kredit şərtlərini, "Dostlar klubu" çərçivəsində hansı növ imtiyazlı kart ala biləcəklərini və bonus məbləğini öyrənə bilərlər.

"Bank of Baku"-nun daimi müştəriləri "Dostlar klubu"nun hansı kartına (Brilyant, Qızıl, Gümüş) sahib olduğunu və nə qədər kredit ala biləcəyini öyrənmək üçün isə "Dost, boşluq, 6 rəqəmli müştəri kodu"nu yazıb 8145-ə SMS göndərə bilər (Misal, "Dost 345214" yazıb 8145-ə göndərin).

Əgər daha əvvəl müştərinin krediti olmayıbsa o zaman, "Bank of Baku"-dan kredit almağı düşünənlər kredit şərtlərini öyrənmək üçün iş yerinin adını yazıb 8145-ə SMS göndərməklə müvafiq məlumat əldə edə bilərlər. (Misal: "Badamdar qəsəbəsi, Ərzaq mağazası" yazıb 8145-ə göndərin).

Daha ətraflı: 145 Məlumat Mərkəzi və www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti