...

AİF səhmlərin növbəti yerləşdirilməsini keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2013 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E. Əliyev/

İyulun 3-dən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) sənədsiz, təmin edilməmiş, adlı, faizli istiqrazlarının səkkizinci yerləşdirilməsi başlayır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı AİF-in yaydığı məlumatda deyilir.

Yerləşdirmənin həcmi 3 milyon manat təşkil edəcək. Hər bir istiqrazın nominal dəyəri 1000 manat təşkil edir. İllik faiz dərəcəsi 3 faiz olan istiqrazlar satışa nominaldan 100,0583 faiz qiymətilə çıxarılacaq.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat qismində AMB çıxış edir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək.

İstiqrazları əldə etmək istəyən şəxslər "Bakı Fond Birjası" QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət edə bilərlər.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi AİF-in 40 milyon manat həcmində istiqrazların emissiya prospektini 21 dekabr 2012-ci ildə qeydiyyata alıb. İstiqrazların yerləşdirilməsi dekabrın 28-də başlayıb. İstiqrazların ödənmə tarixi 6 noyabr 2022-ci ildir. Hazırda bu emissiyadan olan istiqrazlar 34 milyon manat həcmində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti