...

"Amrahbank" 5 faiz gəlirli yubiley kartlarını təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2013 16:53 (UTC +04:00)
20 illik yubileyini qeyd edən "Amrahbank" uğurlarını müştərilərilə paylaşaraq yeni Visa Classic, Visa Gold və Mastercard Platinum sahiblərinə illik 5% gəlir təklif edir.
"Amrahbank" 5 faiz gəlirli yubiley kartlarını təklif edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 iyul /Trend/

20 illik yubileyini qeyd edən "Amrahbank" uğurlarını müştərilərilə paylaşaraq yeni Visa Classic, Visa Gold və Mastercard Platinum sahiblərinə illik 5% gəlir təklif edir.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, yubiley kartları, SMS xəbərdarlıq və internet bank xidmətləri pulsuzdur, sığorta depoziti tələb olunmur.

Pulsuz yubiley kartlarına sahib olmaq istəyirsinizsə, hesabınıza Visa Classik üçün ilkin 100 AZN/USD, Visa Gold üçün - 500 AZN/USD, Mastercard Platinum üçün -1000 AZN/USD-dən başlayaraq ilkin mədaxillər edə bilərsiniz. Digər cari hesablardan fərqli olaraq yubiley kartlarda hesabınızın qalığına illik 5% olmaqla gündəlik faizlər hesablanacaq. Bundan başqa hesabınızdakı vəsaitin istənilən vaxt nağd əldə edilə bilməsi, ilkin mədaxilin kart hesabının valyutasına uyğun tətbiq edilməsi, onlayn ödənişlər, ticarət obyektlərində, kommunal ödəmə nöqtələrində nağdsız ödənişlər, card-to-card, mobilbank xidmətləri yubiley kartlarının digər üstünlüklərindəndir.

"Amrahbank"ın yubiley kartlarını əldə edə bilmək üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə bankın istənilən filialına müraciət edə bilərsiniz. Bundan başqa 987 saylı məlumat mərkəzinə və ya www.amrahbank.com , www.facebook.com/amrahbank internet səhifələrinə daxil olmaqla yubiley kartlarının şərtlərilə daha yaxından tanış ola bilərsiniz.

"Amrahbank"ın yubiley kartları ilə imkanlarınızı bir daha artırın!

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 20 filiali və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti