5+ kateqoriyalı yeganə otel “Excelsior Hotel Baku”

5+ kateqoriyalı yeganə otel “Excelsior Hotel Baku”

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Müsahibimiz ölkəmizdə fəaliyyət göstərən yeganə "5+" kateqoriyalı "Excelsior Hotel Baku" hotelinin baş meneceri Turhan Poyrazdır

- Turhan bəy ilk öncə özünüzü oxuculara təqdim edərdiniz...

- Bakıya ilk dəfə 2000-ci ildə gədim.2001-ci ildə isə burada öz şirkətimi qurdum və iş həyatıma başladım. Türkiyədə turizm və hotel idarəetməsi fakültəsini bitirmişəm. Məzun olduğum ilk illərdən bu sahədə fəaliyyət göstərmişəm. Türkiyənin ən məşhur "Hilton" hotelində uzun illər çalışdım. Onu da deyim ki, bu gün Türkiyədə ən bacarıqlı hotel menecerlərinin böyük əksəriyyəti "Hilton"nun çətiri altından çıxıb, bu məktəbi keçiblər. Hotelçilikdə ən aşağı pillədən başlamışam, departament müdiri, baş menecerə qədər yüksəlmişəm. Ancaq 90-cı illərdə turizm sahəsindən uzaqlaşdım, reklam və marketinq sahəsində çalışmağa başladım. Azərbaycanda qurduğumuz şirkət də bu sahə ilə məşğul olurdu. Təbii ki, ilk əlaqə qurduğum sahə turizm və hotelçilik oldu. Turizm, marketinq, reklam işində konsaltinq xidmətləri göstərməyə başladıq, yeni hotellərin açılması işinə böyük dəstək verdik. Bildiyiniz ki, 2000-ci illərdə Azərbaycanda bu sahədə kadr qıtlığı hiss olunurdu. Biz hotellərin inşaat məsələlərindən tutmuş dizaynına qədər layihələr hazırlayırdıq. Daha sonra hotellərə mal və xidmət satan yeni bir şirkət qurduq, onların yerli və əcnəbi kadrlarla təminatı məsələsində yardımçı olmağa çalışdıq. İndi baş meneceri olduğum "Excelsior Hotel Baku" da bizim konsaltinq xidməti göstərdiyimiz hotellərdən biri idi.Burada baş menecer kimi təxminən bir il əvvəl fəaliyyətə başlasam da,artıq uğurlu nəticələrimiz var.Əminliklə deyə bilərəm ki, bizim indiki vəziyyətimiz ölkə üzrə ortaq göstəricidən yüksəkdir.Otaqlarımızın 50 faizi daimi olaraq dolu olur.

- Bir qədər hotelinizdən bəhs edərdiniz...

- Öncə onu deyim ki, "Excelsior Hotel Baku" ölkədə yeganə "5+" kateqoriyalı hoteldir. Bu isə o deməkdir ki, burada deluxe hotelə xas olan bütün müsbət keyfiyyətlər ən yüksək səviyyədə qonaqlarımıza təqdim olunur. Hotelimizin daxili və zahiri tərtibatı klassik üslubdadır və bu deluxe hotellərə xas olan ortaq cəhətdir. Burada beynəlxalq səviyyədə nəzərdə tutulmuş bütün xidmətlər müştərilərə təqdim edilir. Restoranımız, barımız, banket və konfrans zalımız, spa mərkəzimiz fəaliyyət göstərir, qapalı və açıq hovuzlarımız, trenajor zalımız, tennis kortu və digər bütün xidmətlərimiz daimi olaraq qonaqlarımızın ixtiyarındadır. Hotelimizdə 62 otaq var ki, onlardan 8-i suit, 8-i isə juniordur. Bizim hoteldə ölkədə yeganə 350 kvadrat metr sahəsi olan kral suit yerləşir. Kral suitin ayrıca təhlükəsizlik sistemi, xüsusi lifti və qarajı var.

- Lüks hotellərin çoxluq təşkil etdiyi indiki məqamda sizin üçün rəqabət aparmaq çətin deyil ki?

- Xeyir, çətin deyil. Düzdür, müştəri qıtlığını hiss edirik, ancaq Azərbaycanın gələcəyi Dubay modelidir. Ölkə rəhbərliyi də Bakını dünyanın turizm, mədəniyyət, nəqliyyat və alış-veriş mərkəzinə çevirməyi düşünür və bu sahədə də böyük işlər görülür. Bu səbəbdən ölkədə lüks kateqoriyalı hotellərin açılması vacibdir və bu gələcəyə hesablanmış addımdır. Bir insan qonaq qəbul etməzdən əvvəl evini səliqəyə saldığı kimi, ölkələr də ilk öncə turizm infrastrukturunu yaratmalı, gələn turistləri məmnun yola salmalıdırlar. Əks təqdirdə bu ölkənin nüfuzuna mənfi təsir etmiş olar. Mənim 2000-ci illər yaxşı yadımdadır. Regionlarda hotel yox idi. İcra hakimiyyətləri böyük çətinliklə bizi qalacaq yerlə təmin edirdilər. Ancaq indi demək olar ki, bütün rayonlarda müasir hotellər inşa edilib.

- Lüks hotel eyni zamanda yüksək səviyyəli xidmət deməkdir. Xidməti necə, eyni səviyyədə təşkil edə bilirsinizmi?

Bu məsələdə bir az əksik tərəflərimiz var. Bu gün Azərbaycanda daha çox hotel binalarının tikintisinə, onların böyük zövqlə tərtib olunmasına daha çox önəm verilir. Bununla yanaşı, unutmaq lazım deyil ki, sizin ən möhtəşəm hoteliniz belə standartlara cavab verən xidmət səviyyəsi qurulmasa,bunun heç bir önəmi olmaz. Xidmət sektoru vaxt,səbir,təmkin tələb edən sahədir. Digər bir vacib məsələ isə nəqliyyatdır. Bakı şəhərində ictimai nəqliyyat yaxşı təşkil olunsa da, rayonlarla bağlı hələlik bunu demək tezdir.İnsanlar daha çox taksilərdən istifadə etmək məcburiyyətində qalır.Avropa və digər inkişaf etmiş ölkələrdə taksi bahalı və çox az istifadə olunan nəqliyyat vasitəsidir. Məsələn, Qəbələni internetdə görüb bəyənən turist Bakıya gəldi, amma rayonlara necə gedəcək.Turistlər ictimai nəqliyyatdan rahat istifadə edib hava limanına və digər yerlərə tez bir zamanda çatmaq istəyir.Düzdür bu həm də şəhərin yenidən qurulması ilə bağlıdır, ancaq qısa müddətdə həll olunmalı məsələlər sırasındadır. Biz "Excelsior Hotel Baku" olaraq şəhərin mərkəzinə ayrıca avtobus ayırırıq ki, müştərilərimiz rahat hərəkət edə bilsinlər.

- Sizcə, mövcud resursları nəzərə alaraq ölkədə hansı turizm sahələri daha çox inkişaf etdirilməlidir?

Bildiyiniz kimi Azərbaycanda hələlik turizm əsasən Bakı ilə məhdudlaşır və ana istiqamətdə biznes turizmidir. Sadə turistləri cəlb etmək üçün əlavə imkanlar olmalıdır.Real yanaşsaq, turistləri dəniz, təbiət, tarix, mədəniyyət, qış turizmi imkanları və müasir əyləncə və alış-veriş mərkəzləri cəlb edir. Dəniz baxımından alternativlərlə müqayisə etsək, o qədər də, böyük resurs görmürəm.Təbiət baxımından regionlarda böyük potensial var. Tarix, mədəniyyət musiqi baxımından üstünlüklər mövcuddur.Qış turizmi ilə bağlı Qusarda böyük işlər görülür. Müasir ticarət və əyləncə mərkəzləri isə Bakıda tikilməkdədir. Məncə təbii imkanlardan daha çox istifadə edilən turizm sahələrinə yönəlmək lazımdır. Regionların təbiəti, müalicə turizmi əsas istiqamətlərdən ola bilər. Azərbaycanda bir çox şəfalı sular və neft var. Bunlardan səmərəli istifadə etmək lazımdır. Qış turizmi canlandırılmalıdır ki, ölkəyə il boyu turist cəlb oluna bilsin. "Şahdağ"turizm kompleksi bu baxımdan gözəl nümunədir. Türkiyədən nümunə göstərim. Uludağda onlarla qış turizm mərkəzi fəaliyyət göstərir və kifayət qədər də turist cəlb edə bilir. Dənizlə bağlı turizmi ancaq yerli turistlər və ən uzağı MDB ölkələri üçün mümkün hesab edirəm. Avropa və ya Asiyadan insanlar İtaliya, İspaniya, Türkiyə Yunanıstan və ya Tailand kimi tanınmış dəniz turizmi ölkələrinə üstünlük verirlər.Bununla belə, bütövlükdə ölkənin və Bakının turizmlə bağlı gələcəyini dinamik görürəm və hesab edirəm ki, gələcəkdə də əsas sahə biznes turizmi olacaq. Çünki, buraya daha çox iş imkanları üçün gəlirlər və biznes sahələri daha da genişlənir. Təbii ki, bununla bərabər digər turizm sahələrini də inkişaf etdirmək lazımdır.

- Poyraz bəy 2015-ci il Avropa oyunlarından bir hotel olaraq nə gözləyirsiniz?

Belə beynəlxalq tədbirlər ölkənin tanıdılması, turizmin təbliği baxımından əvəzsizdir. Bundan əlavə, 2015-ci il üçün görülən hazırlıqlar, yenidən qurulan infrastruktur ölkənin özü üçün də faydalıdır. Bu cür tədbirlər ölkədə 5-10 ilə görüləcək işlərin daha tez bir zamanda tamamlanmasına gətirib çıxarır. Bundan əlavə, Azərbaycanın da artıq dünyadakı mövqeyi, statusu dəyişib. Eurovision sübut etdi ki, burada ən böyük beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək olar. Bu baxımdan "Eurovision"la müqayisədə 2015-ci il Avropa Oyunlarına daha çox turist gələcək və ölkə bir başqa yönünü dünyaya göstərmiş olacaq. Bir məqamı da diqqətinizə çatdırım ki, "Eurovision" musiqi yarışması, ümumiyyətlə, böyük turist axını ilə müşahidə olunan yarışma deyil. Cəmi 3 gün davam edən proqramın əsasən final gecəsinə gələnlər üstünlük təşkil edir. Ancaq Avropa oyunları ən az yarım ay davam edəcək. Bu isə o deməkdir ki, paytaxt Bakı 1 ay qonaq-qaralı olacaq. Bu səbəbdən dəqiq deyə bilərəm ki, 2015-ci il ölkə turizmi üçün həm təbliğat, həm də turist sayı baxımından uğurlu il olacaq.

“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb
Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb
Loading Bars
Xəbər lenti
Ovçular nəyə diqqət etməlidir? - Xidmət rəisindən ovçulara XƏBƏRDARLIQ
Nazir "Ali təhsil haqqında" qanun layihəsinin əsas məqsədlərini açıqlayb
AMEA-da kadr dəyişikliyi olub
"Ali təhsil haqqında" qanunun ilkin variantı hazırlanacaq - Komitə sədri
Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə
Rəssam Aida Mahmudovanın ABŞ-da açılan ikinci fərdi sərgisi böyük maraqla qarşılanıb
Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi
Milli Məclisdə "Ali təhsil haqqında" qanun layhəsi ilə bağlı geniş videokonfrans keçirilib (FOTO)
Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq
Dərslər yenidən başlayır: Bağçalar və repetitorluq necə olacaq? - Qısa İZAH
Qlobal vaksin istehsalının 60 faizi Hindistanın payına düşür - Səfir
Texniki Universitetə yeni prorektor təyin olunub (FOTO)
Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi (FOTO)
Şuşa və digər azad olunmuş ərazilərdə xidmət edən hərbçilərdə ruh yüksəkliyi var - Hərbi ekspert
Qarabağın dirçəlişinə dəstək həyat tərzinə çevrilməlidir - Mikayıl Cabbarov
BMqT işğaldan azad olunmuş ərazilərdə kəhrizlərin bərpası layihəsini təklif edib (FOTO)
İşğal altında uzun müddət saxlanılmış torpaqların dirçəldilməsi dövrü başlayır - Fransadakı səfirimiz
Kipr martın 1-dən sərhədləri açır
Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi, qazi Ruhin Əkbərli (VİDEO)
Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi (FOTO/VİDEO)
500 manatlıq pul nişanı tədavülə buraxılmayıb - Mərkəzi Bank
Yerevanda aksiya: Müharibədə iştirak etmiş könüllülər etiraz edirlər
Göyçayda 367 nəfər koronavirusa qarşı peyvənd olunub - RƏSMİ
"Azərişıq"da gücləndirilmiş iş rejimi davam etdirilir (VİDEO)
"Ramiz Hacıyev" kran gəmisi əsaslı təmir olunub
“Dostluq” neft yatağı eyni soy kökə malik ölkələrin birgə əməkdaşlığının və dialoqunun simvoludur - Tamam Cəfərova
Son bir ayda ehtiyacı olan qazilərə 600-dən çox reabilitasiya vasitəsi verilib
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
Ağdamda işğaldan azad olunan 1 611 hektar ərazidə buğda əkilib (ÖZƏL)
Erməni təxribatı nəticəsində Tərtərdə 5138 obyektə ziyan dəyib
ADNSU Mingəçevir Dövlət Universitetinin tədris-metodiki bazasının gücləndirilməsinə dəstək göstərir (FOTO)
Zidan koronavirusa yoluxub
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası tıxacların azalmasına təsir edə bilərmi?
ÜST “ASAN Könüllüləri” ilə birlikdə maska paylanma aksiyasına başlayıb (FOTO)
Vaksinlərin COVİD-19-un mutasiyaya uğrayan ştammı üçün effektli olub-olmaması açıqlanıb
Britaniya azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə bilər - Səfir
Azərbaycanda dövlət dil qaydalarını pozanlar cərimələnəcək (MÜSAHİBƏ) (VİDEO)
Gömrükdən dövlət büdcəsinə köçürülən vəsaitin həcmi açıqlandı
Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir
Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinin qətnaməsinə cavab
“Azərbaycan müəllimi" qəzetinin bugünkü buraxılışında rektor Şahin Bayramovun məqaləsi dərc olunub (II hissə)
Azərbaycan gimnastları İsveçrədə Avropa çempionatında iştirak edəcək
Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılır
Ukraynada matəm elan edilib
Narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı cinayət işlərinin sayı açıqlandı
"8 Noyabr" stansiyasına rəis müavini təyin edildi, heyət komplektləşdirildi
İşğaldan azad edilmiş ərazilər üçün məqsədli, aktiv məşğulluq proqramları hazırlanır
Samuxda 39.5 kilometrlik yol yenidən qurulub (FOTO)
Binədə 6 evdən oğurluq edən şəxs saxlanıldı
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanın növbəti tarixi uğuru
İranda koronavirusdan daha 75 nəfər ölüb
“Dostluq” sazişi Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Fevralın 1-dən birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
107 gün idi itkin düşən zabitimizin şəhid xəbəri gəldi (FOTO)
"Ford" 3 milyona yaxın avtomobili geri çağırıb
27 dövlət əmlakı hərraca çıxarılacaq
"Dostluq" Azərbaycanın neft satışı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq - Amerikalı ekspert
Nüfuzlu “Springer International Publishing” nəşriyyatı MİDA-nın uğurlu fəaliyyətindən yazıb
Bu yolda hərəkət qismən məhdudlaşdırılır
20 Yanvar faciəsi müasir siyasi fəlsəfə kontekstində təhlil edilib
UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul olunub (FOTO)
Narazı şagirdlər yenidən qiymətləndirmədən keçə bilərlər - Şöbə müdiri
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman
Gömrükçülər yük avtomobilindən 38 ədəd “Iphone 12” müsadirə edib (VİDEO)
"Data Science" üzrə qrup rəhbəri vakansiyası hələ də aktualdır
"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor
Ermənistanda İkinci Qarabağ müharibəsinin yekunları ağır qəbul edilir - Rusiyalı ekspert
Fənn olimpiadaları fevralın sonu ənənəvi qaydada keçirilə bilər
Füzuli rayonunun Qarğabazar kəndi (FOTO/VİDEO)
Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab
Fevralın 1-dən repetitorluq fəaliyyəti üzrə tədrisin bərpası nəzərdə tutulur - RƏSMİ
Ötən il Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 4211 müraciətə baxılıb
Sabah hava yağmursuz keçəcək
Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçirilə bilər
Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq çətindir - Nazir
Fevralın 1-dən sonra da şagirdlərin distant tədrisi seçmək hüququ var - Təhsil naziri
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Yaponiyanın ölkəmizdəki yeni səfiri ilə görüşüb (FOTO)
Müəllim və şagirdlərin davamiyyəti nəzarətdə saxlanılır
Azad olunmuş ərazilərdə təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq
Bakı Ali Neft Məktəbində “Qarabağın təbii sərvətləri" müzakirə olunub (FOTO)
İbtidai siniflərin nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin saytında yerləşdirilib
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri
Bu şagirdlər imtahan verə biləcəklər - Təhsil Nazirliyinin şöbə müdiri
Yağan qardan sonra paytaxta təmizlik işləri aparılır (FOTO)
Bağçalar nə zaman açıla bilər? - Rəsmi AÇIQLAMA
Rusiya 5 Azərbaycan istehsalçısından pomidor idxalını dayandırıb
TAP konsorsiumu İtaliyada tikinti zamanı köçürülmüş zeytun ağaclarını yerinə qaytarıb
Avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir
Azərbaycanda koronavirusa yoluxan şagird və təhsil işçilərinin sayı açıqlandı
Tender qarantiyasını Banka gəlmədən əldə etmə imkanı
Fiziki tərbiyə dərsləri müvəqqəti dayandırılır
Vaksinasiya oluna biləcək müəllimlərin siyahısı hazırlanıb - Emin Əmrullayev
Təhsil ilinin sonuna kimi tele-dərslər davam etdiriləcək - RƏSMİ
Sumqayıt Texnologiyalar Parkına yeni baş icraçı direktor təyin olunub
Təhsil kreditləri yeni qaydalarla verilə bilər
Təhsil haqqının ləğv edilməsi rəqabət şəraitindən imtina deməkdir - Nazir
Hazırkı şərait daha çox ibtidai sinif şagirdlərinin emosional vəziyyətinə təsir edib - Təhsil naziri
Bütün xəbərlər