...

İstehlaka yararsız məhsullar məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2013 16:24 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar olunub.
İstehlaka yararsız məhsullar məhv edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Səbail, Binəqədi, Nəsimi, Suraxanı, Xəzər rayonlarında, Mingəçevir şəhərində, Abşeron, Xızı, Samux, Bərdə, Goranboy, Füzuli, Ağdam rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə 310 kq-a yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən malların satıldığı aşkarlanıb, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti