...

Renault "Caucasus Motor-Show" sərgisində iştirak edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2013 16:36 (UTC +04:00)
"Renault" 26-28 iyul tarixlərində Qəbələ şəhərində keçirilmiş "Caucasus Motor-Show" avtomobil sərgisində iştirak edib.
Renault "Caucasus Motor-Show" sərgisində iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

"Renault" 26-28 iyul tarixlərində Qəbələ şəhərində keçirilmiş "Caucasus Motor-Show" avtomobil sərgisində iştirak edib.

Məşhur fransız avtomobili ilin əsas modelləri olan - yenilənmiş "Fluence" və "Megane", habelə məşhur krossoverlər "Duster" və "Sandero Stepway"i təqdim edib. Modellər qonaqların diqqətinə səbəb oldu, şirkətin prezentasiyası isə onlarda canlı maraq oyatdı.

Renault-un Azərbaycandaki rəsmi dileri olan Nurgün Motors-un marketinq meneceri İlkin Qurbanov bildirib: "Renault Azərbaycan komandası üçün yeni və artıq sevilən modelləri "Causacus Motor-Show 2013" sərgisində nümayiş etdirmək çox vacib idi. Avtomobillərimizə göstərilən maraq bir daha ölkə bazarında Renault-un böyük perspektivləri olduğunu göstərir. Biz gələcəyə nikbinliklə baxırıq və hər kəsi Babək prospektində yerləşən diler mərkəzimizə modellərimizlə yaxından tanış olmağa dəvət edirik".

DUSTER - AZƏRBAYCAN BAZARI ÜÇÜN OFFROUDER

Renault Duster Azərbaycan bazarında 2012-ci ildə təqdim olunub və demək olar ki, dərhal müştərilərin etibarını qazanıb. Modelin satış göstəriciləri mütəmadi olaraq artır: 2013-cü ilin ilk yarısında Duster-in satış göstəriciləri ötən ilin analoji dövrü ilə müqayisədə 60% artıb. Müştərilər modelin özündə optimal təhlükəsizliyi və qüsursuz etibarlılığı cəmləşdirən qiyməti və keyfiyyəti lazımınca dəyərləndirirlər. Duster-in offrouder xüsusiyyətləri də diqqətsiz qalmır: yüksək klirens və kuzovun əlavə mühafizəsi yolsuzluq şəraitində hərəkət etmək üçün tam uyğunlaşdırılıb.

Bu əla xüsusiyyətlər etibarlılıq təcəssümü olan dizayn tərəfindən vurğulanıb: geniş qanadlar, radiatorun xromlaşdırılmış barmaqlıqları şübhə yaratmır ki, Renault Duster-in damarında əsl offrouder qanı axır.

Qafqaz regionu bazarında Duster-in 4x4 və 2x2 modifikasiyalı, avtomatik və mexanik ötürücülü, habelə 1,6 və 2,0 həcmli mühərrikli versiyaları da mövcuddur. Avtomobilin başlanğıc qiyməti 17900 manat təşkil edir.

YENİ RENAULT FLUENCE - SƏRFƏLİ QİYMƏTƏ DAHA YÜKSƏK SƏVİYYƏLİ AVADANLIQ

Yeni "Renault Fluence" Lourens Van Den Akerin komandası tərəfindən hazırlanmış yeni daxili və xarici dizaynından əlavə daha yüksək səviyyəli avadanlığı ilə Azərbaycan bazarında çıxış etmişdir.

Yeni avtomobilin komfortlu idarəsi sensorlu ekranı olan, səsli nömrə yığımı, şəkil və videoların izlənməsini və bir çox başqa funksiyaları özündə cəmləşdirən yeni Renault R-link sistemi vasitəsilə təmin olunur.

Azərbaycan bazarında model iki versiyada təqdim olunub: pilləsiz ötürücülü, 1,6 və 2,0 həcmində benzin nəzdində çalışan mühərriklər. Başlanğıc qiyməti 18 900 manat təşkil edir.

YENİLƏNMİŞ RENAULT MEGANE - DAHA ÇOX RAHATLIQ, DAHA ÇOX TƏSƏRRÜFAT

Bazarda 2013-cü ilin may ayında təqdim olunan "Renault Megane Collection 2013" yeni 1,6 həcmində mühərrik və pilləsiz X-Tronic ötürücüsü ilə təmin olunub. Bunun sayəsində avtomobil daha rahat və təsərrüfatlı olub.

Renault Megane hetçbekinin üslub və xüsusiliyini yeni ahəngdar görünüşü ifadə edir. İşıq-diodlu hərəkət işıqları "avtomobilin baxışını" daha təsirli edir.

Zahirən avtomobil dizaynının elementləri, xromlaşdırılmış qapı qulpları, dumana qarşı fənərlərin haşiyələnməsi, salonun daxili dizaynı bir-birilərini tamamlayır. Yeni Megane-ın mühərriklər sırasına 1,6 16V (114 a.g.), benzin mühərriki əlavə olunub. Mühərrik Renault-Nissan Alyansı tərəfindən işlənib hazırlanıb, iti dinamikaya malikdir, yanacaq sərfiyyatı və CO2 tullantıları isə aşağı səviyyədədir.

Yenilənmiş Renault Megane Azərbaycan bazarında 1,6 və 2,0 həcmində, benzin ilə çalışan mühərrik və pilləsiz ötürücü ilə təqdim ovunmuşdur. Başlağıc qiyməti 18300 manat təşkil edir.

YENİ SANDERO STEPWAY - PARLAQ KROSSOVER SƏRFƏLİ QİYMƏTƏ

Yeni Sandero Stepway tək yeni Sandero-nun çeşidi deyil. Bu avtomobil öncədən qeyri-adi və individual model kimi layihələndirilmişdir. Əlbəttə ki, bu avtomobil yeni Sandero-nun bütün imkanları ilə təchiz edilib. Lakin avtomobilə əlavə çalar qatılıb ki, bu da avtomobilsevərlər tərəfindən bəyənilən müstəqillikdir. Yeni Sandero Stepway macəraya tam hazırdır.

Yeni Sandero Stepway-in əminli görkəmi yeni ön hissə və korpusun xüsusi elementləri ilə formalaşır. Buraya ön və arxa bamper qoruyucuları yeni iki rəngli bamper və radiator barmaqlığı, dumana qarşı fara, yeni xüsusi 16 düymlük disklər, dam üstündə uzununa olan reylinqlər və eksklüziv metallik Azurite Blue rəngi daxildir. Sandero Stepway-in interyerində cəsurluq gözə çarpır. Cəsur dizayndan savayı, yeni Sandero Stepway-da ciddi şəkildə interyerin səviyyəsi yaxşılaşdırılıb. Burada ümumi stili, erqonomikanı, detallara diqqəti qeyd etmək olar.

Azərbaycanda Renault Sandero Stepway 1.6 litr benzin mühərrikli, 80 at güclü paketlə təqdim olunur və başlanğıc qiyməti 13 800 manat təşkil edir.

Bütün Renault avtomobillərinə 3 illik və ya 100 000 kilometrlik zəmanət verilir. Avtomobilləri diler olan, Babək prospekti, 28D ünvanında yerləşən "Renault Azərbaycan" mərkəzində əldə etmək olar. Əlaqə nömrəsi: (+994 12) 447 27 21

Məqalədə:
Xəbər lenti

Xəbər lenti