...

Samir Şərifov: Aşağı inflyasiya Azərbaycanda sosial-iqtisadi siyasətin əsas uğurlarından biridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2013 12:32 (UTC +04:00)
Azərbaycanda aparılan pul-kredit və vergi-büdcə siyasəti inflyasiyanı uğurla aşağı səviyyədə saxlamağa imkan verir.
Samir Şərifov: Aşağı inflyasiya Azərbaycanda sosial-iqtisadi siyasətin əsas uğurlarından biridir

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanda aparılan pul-kredit və vergi-büdcə siyasəti inflyasiyanı uğurla aşağı səviyyədə saxlamağa imkan verir. Trend-in məlumatına görə, bunu AzTV telekanalında çıxışı zamanı maliyyə naziri Samir Şərifov deyib.

"Buna nümunə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ildə imzaladağı keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında tarixi sərəncamını göstərmək olar. MDB ölkələrinin bir çoxu belə tədbirlər keçirirdi, sonra onları dayandırıb, yenidən baxıb və istifadəyə verirdilər. Bizim ölkəmizdə isə dövlət başçısının tapşırığından sonra qısa müddət ərzində - 2012-ci ilin yeddi ayı ərzində kompensasiyalara idda edən vətəndaşların böyük əksəriyyəti onu alıb. Hazırda 1,62 milyon əmanətçiyə təxminən ümumilikdə 597 milyon manat məbləğində kompensasiya verilib. Mənim tərəfimdən səslənirlən müddətdə, yəni 2012-ci ilin yeddi ayı ərzində əmanətçilərə 555 milyon manat məbləğində vəsait ödənilib".

Nazir hesab edir ki, baxmayaraq ki, hazırda ölkədə böyük sosial paket reallaşdırılır, inflyasiya aşağı səviyyədə qalır. 2012-ci ildə istehlak qiymətləri 1,2 faiz artıb. 2013-cü ilin avqustunda illik hesablamada inflyasiya 2,1 faiz təşkil edib.

Şərifov bildirib: "Bu ondan xəbər verir ki, inflyasiya əhalinin real gəlirlərini yemir. Bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biridir".

Nazirin sözlərinə görə, son on ildə Azərbaycanda həm keyfiyyət, həm də miqdar baxımından böyük dəyişikliklər olub: "Əgər daha əvvəl Azərbaycan Dünya Bankı kimi aparıcı dünya maliyyə institutlarının təsnifatına görə yoxsul ölkələr kateqoriyasına aid edilirdisə, indi əhalinin gəlirlərinin orta səviyyədə olduğu ölkələr qrupuna aid edilir. Bu özünü həm əhalinin gündəlik həyatında, həm də statistik göstəricilərdə hiss etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti