...

Şahin Mustafayev: Azərbaycan iqtisadiyyatı 2020-ci ildə öz inkişafının yeni mərhələsinə daxil olacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2013 12:51 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasında qoyulmuş hədəfləri artıqlaması ilə yerinə yetirməyə qadirdir.
Şahin Mustafayev: Azərbaycan iqtisadiyyatı 2020-ci ildə öz inkişafının yeni mərhələsinə daxil olacaq (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan iqtisadiyyatı "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyasında qoyulmuş hədəfləri artıqlaması ilə yerinə yetirməyə qadirdir. Bu barədə çərşənbə axşamı konsepsiyanın reallaşdırılması üzrə Milli Fəaliyyət Qrupunun ilk iclasında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı 2020-ci ildə öz inkişafının yeni mərhələsinə daxil olaraq, rəqabətə davamlı, yüksək məhsuldar və ixraca istiqamətlənmiş olacaq.

Mustafayev bildirib: "Konsepsiyada qeyri-neft ÜDM-in yeddi faiz, adambaşına düşən ÜDM-in 13 min dollar, əhaliyə düşən qeyri-neft ixracının 1000 dollar olmasını nəzərdə tutulub. Bu hədəflər praqmatik və tamamilə realdır. Bu ilin ilk aylarının göstəriciləri onu göstərir ki, biz nəinki bu hədəf göstəricilərə çatmaq, hətta onu yaxşılaşdırmağa qadirik. Yeddi ayın yekunlarına görə, Azərbaycanda ÜDM beş faiz, qeyri-neft sektorunda ÜDM artımı isə 10,5 faiz olub. Yeddi ay ərzində ölkə iqtisadiyyatına yatırılan sərmayələrin həcmi ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 27,2 faiz çoxdur, qeyri-neft ixracı isə 10 faiz artıb".

Nazirin sözlərinə görə, fəaliyyət qrupunun işə başladığı yarım il ərzində "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyası çərçivəsində reallaşdırılmasına ehtiyac olan dövlət proqramları, strategiyaları, konsepsiyalarında daxil olduğu 166 sənədin hazırlanması barədə təkliflər daxil olub və artıq 83 sənədin ilkin layihəsi hazırdır. Altı ay ərzində qrup 8 əsas istiqamət üzrə təxminən 250 və konsepsiyanın alt kateqoriyası üzrə isə 450 iş görüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti