...

"Renault" 2013-cü ilin Frankfurt avtomobil sərgisində: Emosional və cəlbedici innovasiyalar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2013 18:17 (UTC +04:00)
Sentyabrın 10-da Frankfurt Beynəlxalq Avtosalonu çərçivəsində "Renault" şirkəti "Initiale Paris" yeni konseptual modelini, yeni dizayn üslublu "Megane" xəttini, həmçinin, yeni "Energy F1 2014" mühərrikini təqdim edib.
"Renault" 2013-cü ilin Frankfurt avtomobil sərgisində: Emosional və cəlbedici innovasiyalar (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Sentyabrın 10-da Frankfurt Beynəlxalq Avtosalonu çərçivəsində "Renault" şirkəti "Initiale Paris" yeni konseptual modelini, yeni dizayn üslublu "Megane" xəttini, həmçinin, yeni "Energy F1 2014" mühərrikini təqdim edib.

"INITIALE PARIS" - "Renault"nun yeni konseptual avtomobili

"Renault" şirkəti Lorens van der Akerin dizayn strategiyası çərçivəsində hazırlanan sayca altıncı - "Initiale Paris" koneptual avtomobil modelini təqdim edir. Texniki yenilik və yaradıcılıq ustalığının uzlaşdırılması gələcəkdə "Espace" modelinin "Initiale Paris" versiyası ilə əvəz olunması barədə ümumi təsvir yaradır və premium seqmentində yeni modelin təcrübə və heysiyyatını əks etdirir.

"Initiale Paris" - uzunluğu 4,85 metr təşkil edən iri avtomobildir. Yeni nüfuzlu bu konseptual avtomobilin içərisi təsir bağışlayacaq tutum vəd edir. Konseptin quruluşu təyyarə konstruksyasını xatırladır, həmçinin, özündə Paris şəhərinin rəmzləri olan Böyük Saray və Eyfel qülləsinin cizgilərini əks etdirir. Alümin və pleksiqlasdan hazırlanan avtomobilin original dam örtüyü kuzovla birgə Fransa paytaxtının xəritəsini gözdən keçirməyə təklif edir. Bu xüsusiyyət estetik baxımdan son dərəcədə originaldır və "Initiale Paris"in yeni konsepsiyasına məna verir.

Avtomobilin misilsiz oturacaqları səyahəti daha cazibədar edir. Avtomobilin salonunda oturacaqların üçüncü sırası sərbəst mobil plastinlərdən olan original divandan ibarətdir ki, oturacağın söykənəcəyini hissə-hissə və ya bütövlükdə qatlamaq olar, həmçinin, sərnişinlərin rahatlığı üçün qoltuqaltı kürsüdən istifadə etmək mümkündür.

Yeni konseptual model dCi 130 mühərriki ilə təchiz olunub ki, bu aqreqatın maksimal fırlanma anı 400 Nm-ə çatdırılıb. Sözügedən mühərrik "Renault"nun aqreqat sahəsində əsas texnologiyalarına əsaslanır və gələcəkdə qənaətin artırılmasını tədqiq edir.

Bununla da, "Renault"nun stendində bütün altı konseptual avtomobilləri yer alıb ki, bunlar müxtəlif mərhələləri gül ləçəkləri ilə ifadə olunan həyat dövrü strategiyası çərçivəsində modelin dirçəlmiş dizaynını əks etdirir: "DeZir", "Captur", "R-Space", "Frenzy", "Twin'Run" modifikasiyalı "Twin'Z" və "Initiale Paris".

"MEGANE" XƏTTİNİN YENİ SİMASI

"Renault" şirkəti özünün sonuncu dizayn strategiyasına əsasən, model xəttinin yenilənməsini davam etdirir. "Megane" ön hissəsi yenilənmiş növbəti model oldu. Bu dəyişiklik "Megane Hatchback" və "Megane Coupe" versiyalarının ön hissəsində bamper və kopotun eyni olması hesabına vizual birliyi təmin edir. Eyni zamanda, avtomobilin hər iki versiyasında özünə məxsus individuallıq cizgiləri mövcuddur. Bundan başqa, "Megan" avtomobilləri yeni eliptik ön fənərlərlə təchiz olunacaq. Yeni stil bu xəttə aid olan idman üslüblu avtomobillərdə də istifadə olunacaq. Artıq "Megane R.S." ön hissəsinin yeni dizaynı və parıltılı qara rəngdə olan əsas fənərləri ilə daha dinamik xarici görünüşü ilə seçiləcək.

Yeni avtomobillər şirkətin müasir avadanlıq və qabaqcıl sistemləri ilə, o cümlədən "Renault R-Link" multimedia şəbəkə sistemi ilə təchiz olunur.

Müstəqil təşkilatlar tərəfindən aparılmış çoxsaylı tədqiqatlara əsasən, "Megane" III öz seqmentində etibarlı avtomobillərdən biri hesab olunur. "Megan" avtomobilinin yeni xətti bütün bu tutarlı tərəflərin varisidir.

Yenilənmiş "Megan"ın Avropada satışlarına gələn ilin birinci rübündə başlanacaq, 2014-cü il ərzində isə sözügedən avtomobil digər bazarlarda, o cümlədən Rusiyada da satışa çıxarılacaq.

"RENAULT" YENİ "ENERGY F1-2014" MÜHƏRRİKİNİ TƏQDİM EDİR

"Formula-1" yarışlarında 11 dəfə dünya çempionu titulunu qazanan "Renault" Frankfurtda "F-1 2014" aqreqatı ilə mühərrkilərin hazırlanması təcrübəsini nümayiş etdirir. Sözügedən mühərrikin təqdimatı iyun ayında Le Burje aviasalonunda keçirilib və bu aqreqat özündə "Formula-1" yarışlarının növbəti mövsümündə baş tutacaq texnoloji innovasiyaları əks etdirir. Mürəkkəb enerji rekuperasiya sistemi ilə əlaqələndirilmiş V6 turboaqreqatın həcmi 1,6 litr təşkil edir ki, aqreqat hazırkı V8 mühərriklərindən daha güclü olacaq. Eyni zamanda, bu mühərrikin yanacaq sərfiyatı təxminən 30% azaldılacaq. Bu gün "Energy F1 2014" mühərrikinin hazırlanması üzrə aparılan işlər intensivləşib, onun avtomobillərə quraşdırılması 2014-cü ilin əvvəlinə planlaşdırılır.

"RENAULT" ELEKTRİK İDMAN AVTOMOBİLLƏRİ ERASINA DAXİL OLUR

İdman yarışlarında unikal təcrübəyə malik olan və "Z.E." xəttində elektromobil istehsalının lideri sayılan "Renault" yeni "Formula-E FIA" yarışlarına daxil olur. Gələn ilin sentyabr ayında başlayan yarışda Frankfurt avtosalonunda nümayiş olunan "Renault SRT_01E" birnəfərlik avtomobillərdə 10 komanda iştirak edəcək. Bu avtomobillərin işlənib hazırlanması üçün idman avtomobil yarışlarının iştirakçılarından ibarət konsorsium yaradılmışdır. Onların arasında "Renault" elektrik ötürücüsü və onun optimal işlənməsi və təhlükəsizliyi, həmçinin, inteqrasiya sistemlərinə cavabdehdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti