Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E.Əliyev/
4 noyabr 2013-cü il tarixində Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) təşkilatçılığı ilə Gəncə şəhərində Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək.
Trend-in AzPromo-ya istinadən verdiyi məlumata görə, biznes foruma kənd təsərrüfatı, qida sənayesi, ağır sənaye, tikinti, səhiyyə və İKT sektorlarından 20-yə yaxın türk iş adamının qatılacağı gözlənilir.