...

"Renault Sport F1" və "Infiniti Red Bull Racıng": dördqat çempionlar!

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2013 15:14 (UTC +04:00)
Hindistanda keçirilən "Formula 1" yarışlarında "Red Bull Racing" və "Renault Sport F1" komandaları ardıcıl olaraq dördüncü Konstruktorlar Kubokunu qazanıb.
"Renault Sport F1" və "Infiniti Red Bull Racıng": dördqat çempionlar!

Azərbaycan, Bakı, 5 noyabr/Trend/

Hindistanda keçirilən "Formula 1" yarışlarında "Red Bull Racing" və "Renault Sport F1" komandaları ardıcıl olaraq dördüncü Konstruktorlar Kubokunu qazanıb. Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, 2013-cü ildə iki komanda arasında olan bu uğurlu əməkdaşlıq 10 qələbə, 8 poul-mövqe, 10 ən sürətli dairə və 470 xal gətirib.

20 ildən artıq dövr ərzində mühərriklər və şassi istehsalçıları tandemi ilk dəfədir ki, aramsız uğurlara nail olur. Kral yarışları tarixində analoji nailiyyət yalnız bir dəfə əldə olunub ("McLaren" - "Honda" 1988-1991-ci illər dövründə).

"RENAULT V8" mühərriklərinin zəfər tarixi

Konstruktorlar Kuboku "Renault"ya V8 mühərriklər dövrünü uğurla başa vurmağa imkan verir. Fransa şirkəti ilk çempion titulunu "Renault F1 Team" komandası ilə "Formula 1"in 2006-cı ildə V8 mühərriklərinə keçəndən sonra qazanıb və sözügüdən mühərriklər dövrünün mövsümünü qələbə ilə başa vurub. 8 çempion titulundan 5-ni və 57 qələbə əldə edən "Renault" hazırda "Formula 1" yarışları üçün ən uğurlu V8 mühərrikləri istehsalçısıdır. Bu il "Renault" tərəfindən qazanılan Konstruktor Kuboklarının ümumi sayı 12-yə çatıb.

Karlos Qon, "Renault"nun prezidenti və baş direktoru: "Mən "Infiniti Red Bull Racing" və "Renault Sport F1" komandalarını həm bu il, həm də ötən 3 mövsümdə çempionatlardakı qələbələrinə görə səmimi qəlbdən təbrik edirəm. Biz "Formula 1" yarışları tarixində ən uğurlu mühərrik istehsalçılarından biri olan "Renault" şirkətinə daha bir titul gətirən bu əməkdaşlıqla fəxr edirik. Uğura olan şövq və təşəbbüs "Renault"nun bütün əməkdaşlarını daim irəli getməyə ilhamlandırıb. 2014-cü il ciddi sınaq ili olacaq, lakin biz qələbələrimizi "Renault"nun yeni "Renault Energy F1" mühərrikləri ilə davam etdirməyə ümid edirik".
"Renault"nun "Formula 1"də titulları:

- 1992: "Williams-Renault" (3.5l V10)
- 1993: "Williams-Renault" (3.5l V10)
- 1994: "Williams-Renault" (3.5l V10)
- 1995: "Benetton-Renault" (3.0l V10)
- 1996: "Williams-Renault" (3.0l V10)
- 1997: "Williams-Renault" (3.0l V10)
- 2005: "Renault F1 Team" (3.0l V10)
- 2006: "Renault F1 Team" (2.4l V8)
- 2010: "Red Bull Racing-Renault" (2.4l V8)
- 2011: "Infiniti Red Bull Racing-Renault" (2.4l V8)
- 2012: "Infiniti Red Bull Racing-Renault" (2.4l V8)
- 2013: "Infiniti Red Bull Racing-Renault" (2.4l V8)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti