...

"Renault" Initiale Paris-i təqdim edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2013 16:38 (UTC +04:00)
Bu ilin sentyabr ayında Frankfurt Beynəlxalq Avtomobil Sərgisində "Renault" şirkəti Lorens van der Akerin dizayn strategiyası çərçivəsində hazırlanan sayca altıncı - "Initiale Paris" konseptual avtomobil modelini təqdim edib.
"Renault" Initiale Paris-i təqdim edir (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Bu ilin sentyabr ayında Frankfurt Beynəlxalq Avtomobil Sərgisində "Renault" şirkəti Lorens van der Akerin dizayn strategiyası çərçivəsində hazırlanan sayca altıncı - "Initiale Paris" konseptual avtomobil modelini təqdim edib.

Texniki yenilik və yaradıcılıq ustalığının uzlaşdırılması gələcəkdə "Espace" modelinin "Initiale Paris" versiyası ilə əvəz olunması barədə ümumi təsvir yaradır və premium seqmentində yeni modelin təcrübəsini əks etdirir.

"Initiale Paris" uzunluğu 4,85 metr təşkil edən iri avtomobildir. Yeni nüfuzlu bu konseptual avtomobilin içərisi təsir bağışlayacaq tutum vəd edir.

Konseptin quruluşu təyyarə konstruksiyasını xatırladır, həmçinin özündə Paris şəhərinin rəmzləri olan Böyük saray və Eyfel qülləsinin cizgilərini əks etdirir. Alümin və pleksiqlasdan hazırlanan avtomobilin orijinal dam örtüyü kuzovla birgə Fransa paytaxtının xəritəsini gözdən keçirməyi təklif edir. Bu xüsusiyyət estetik baxımdan son dərəcədə orijinaldır və "Initiale Paris"in yeni konsepsiyasına məna verir.

Avtomobilin misilsiz oturacaqları səyahəti daha cazibədar edir. Avtomobilin salonunda oturacaqların üçüncü sırası sərbəst mobil plastinlərdən olan orijinal divandan ibarətdir, oturacağın söykənəcəyini hissə-hissə və ya bütövlükdə qatlamaq olar, həmçinin sərnişinlərin rahatlığı üçün qoltuqaltı kürsüdən istifadə etmək mümkündür.

Yeni konseptual model dCi 130 mühərriki ilə təchiz olunub ki, bu aqreqatın maksimal fırlanma anı 400 Nm-ə çatdırılıb. Sözügedən mühərrik "Renault"nun aqreqat sahəsində əsas texnologiyalarına əsaslanır və gələcəkdə qənaətin artırılmasını tədqiq edir.

Bununla da "Renault"nun stendində bütün altı konseptual avtomobilləri yer alıb ki, bunlar müxtəlif mərhələləri gül ləçəkləri ilə ifadə olunan həyat dövrü strategiyası çərçivəsində modelin dirçəlmiş dizaynını əks etdirir: "DeZir", "Captur", "R-Space", "Frenzy", "Twin'Run" modifikasiyalı "Twin'Z" və "Initiale Paris".

"Renault" avtomobillərini diler olan, Babək prospekti, 28D ünvanında yerləşən "Renault Azərbaycan" mərkəzində əldə edə bilərsiniz. Əlaqə nömrəsi: (+994 12) 447 27 21

Məqalədə:
Xəbər lenti

Xəbər lenti