...

“AtaBank”ın “Visa İnternational” ilə birgə təşkil etdiyi lotereyanın qalibləri müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2013 11:39 (UTC +04:00)
“AtaBank” ASC və “Visa İnternational” beynəlxalq ödəniş sistemi ilə birgə təşkil edilmiş «Oturduğun yerdən Hədiyyə qazan» lotereyasının tirajı noyabr ayının 2-də keçirilib.
“AtaBank”ın “Visa İnternational” ilə birgə təşkil etdiyi lotereyanın qalibləri müəyyən olunub

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

"AtaBank" ASC və "Visa İnternational" beynəlxalq ödəniş sistemi ilə birgə təşkil edilmiş "Oturduğun yerdən Hədiyyə qazan" lotereyasının tirajı noyabr ayının 2-də keçirilib. Lotereyada iştirak edən elektron biletlərin sayı 41677 ədəd təşkil edib.

Bankdan Trend-ə verilən məlumata görə, lotereyanın əsas mükafatı Chevrolet Aveo avtomobili idi. Bundan başqa, 10 ədəd Sony Experia Z smartfonu və hər biri 50 manat dəyərində olan 100 ədəd Hesab.az hədiyyə kartları oynanılıb.

İştirakçılar e-biletləri, Hesab.az portalında aparılmış online ödənişlər və əməliyyatlar sayəsində qazandıqları bonus xalları ilə əldə ediblər. Baş mükafatı qazanmaq şansı əldə etmək üçün bir elektron biletin dəyəri 25 min bonus xal təşkil edib. 10 ədəd Sony Experia Z smartfonuna iddialı olan iştirakçılar bir e-bilet əldə etmək üçün 10 min xal toplamalı idilər. Visa kartları vasitəsi ilə onlayn ödəniş həyata keçirərkən bonus xallarının sayını iki dəfə, "AtaBank" ASC-nin Visa kartları vasitəsi ilə əməliyyat apararkən isə dörd dəfə artırmaq hüququ əldə edirdilər.

Aksiyanın keçirildiyi dövrdə "AtaBank" ASC-dən Visa plastik kartlarını pulsuz əldə etmək mümkün idi.

Elektron püşkatma yolu ilə apardığı lotereya tirajının nəticələrinə əsasən 111 qalib müəyyənləşib. Baş mükafat - Chevrolet Aveo avtomobilini - 4126805 nömrəli biletin sahibi qazanıb. 10 ədəd Sony Experia Z smartfonlarını isə: 2217233, 2625188,4734485, 4916076, 3817109, 7436721,9101991, 4577717, 3646617 və8193509 biletlərin sahibləri qazanıblar.

Mükafatların verilməsi noyabrın 15-dən başlanılacaq. Lotereyada oynanılan mükafatları "QoldenPey" şirkətinin ofisindən 3 ay ərzində əldə etmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti