...

Binali Yıldırım: Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi gələn ilin sonunda başa çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2013 05:30 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun inşası layihəsi ən gec 2014-cü ilin sonunda başa çatacaq.
Binali Yıldırım: Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi gələn ilin sonunda başa çatacaq

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun inşası layihəsi ən gec 2014-cü ilin sonunda başa çatacaq. Trend-in "RayTurk" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binali Yıldırım deyib.

Nazirin sözlərinə görə, hazırda BTQ dəmiryolu layihəsi çərçivəsində inşaat işləri davam edir.

Bir müddət əvvəl B.Yıldırım bildirmişdi ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi tarixi "İpək Yolu"nu dirçəldəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti