Şahin Mustafayev: Azərbaycan bundan sonra da Avropa ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Şahin Mustafayev: Azərbaycan bundan sonra da Avropa ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Noyabrın 28-də Litvanın paytaxtı Vilnüs şəhərində II "Şərq tərəfdaşlığı" biznes forumu keçirilib.

İqtisadsiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə "Şərq tərəfdaşlığı"na üzv ölkələrin dövlət rəsmiləri və Avropa İttifaqının nümayəndələri çıxış edərək biznes forumun üzv ölkələrin hökumətləri və biznes dairələri arasında əməkdaşlığın inkişafına geniş imkan yaratdığını qeyd edib, "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində görülmüş işlər barədə məlumat veriblər. Tədbir çərçivəsində biznes üçün yeni imkanlara, Şərq və Qərb əlaqələrinə dair iclaslar da keçirilib.

Biznes forumda Azərbaycanı təmsil edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev sualları cavablandırıb. "Avropa İttifaqı ilə iqtisadi əməkdaşlıq Azərbaycana nə kimi təsir göstərir və gələcəkdə daha dərin əməkdaşlıq üçün hansı perspektivlər vardır" sualına cavabında Ş.Mustafayev bildirib ki, Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində davamlı və səmərəli münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biridir:

"Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişinə, 2006-cı ildə Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə "Şərq tərəfdaşlığı" təşəbbüsünə əsaslanır. Hazırda Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa İttifaqı ölkələrinin xüsusi çəkisi 41%-dən çox olub. Bu ilin 10 ayında isə Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% artıb və ümumi ticarət dövriyyəsindəki payı 43%-i keçib. Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1122 Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Avropa İttifaqının bir çox ölkələri ilə ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 13 ölkə ilə hökumətlərarası komissiya yaradılıb".

Nazir qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır:

"2006-cı ildə enerji üzrə strateji əməkdaşlığa dair anlaşma memorandumunun və 2011-ci ildə "Cənub Qaz Dəhlizi"nin təsis edilməsinə dair Birgə Bəyannamənin imzalanması, həmçinin Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, Cənubi Qafqaz boru kəməri kimi mühüm transmilli layihələrin həyata keçirilməsi, Trans-Anadolu və Trans-Adriatik təbii qaz boru kəmərlərinin inşası ilə bağlı qərarların qəbul edilməsi bu istiqamətdə əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Ölkədə inkişafın davamlılığının təmin edilməsi məqsədilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və özəl sektorun inkişafı, sosial siyasət əsas prioritetlərimizdir".

Ş.Mustafayev bildirib ki, Azərbaycan bundan sonra da Avropa ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək, qabaqcıl Avropa təcrübəsini tətbiq etmək, birgə ikitərəfli və regional layihələr həyata keçirmək niyyətindədir.

"Xüsusilə, qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi sahəsində Azərbaycan hökumətinin gələcək addımları nədən ibarətdir və Avropa İttifaqı ilə daha sıx əlaqələr böyük həcmdə xarici sərmayələrin axınına xidmət edəcəkmi" sualına cavabında isə iqtisadiyyat və sənaye naziri qeyd edib ki, Azərbaycan iqtisadiyyatına 156 milyard ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun da təqribən yarısı xarici investisiyalardır: "Ümumi investisiyaların 65%-i qeyri-neft sektoruna yönəldilib. 2008-ci ildən başlayaraq qeyri-neft sektoruna xarici investorlar tərəfindən yatırılmış investisiyaların həcmi neft sektoruna qoyulan investisiyaları üstələyib. Belə ki, son 5 ildə qeyri-neft sektoruna qoyulan xarici investisiyalar neft sektoruna qoyulan investisiyaları hər il orta hesabla 17% qabaqlayıb. Təkcə 2012-ci ildə qeyri-neft sektoruna yatırılan xarici investisiyaların həcmi neft sektoruna qoyulan investisiyaların həcmindən 25% çox olub. Azərbaycanın qeyri-neft sektoruna xarici sərmayə qoyan ölkələr arasında Avropa Birliyi ölkələrinin payı 36,5% təşkil edir. Bunlar əsasən Böyük Britaniya, Niderland, Almaniya, Fransa və İtaliyadır".

Nazir deyib ki, 2020-ci ilə qədər Azərbaycan qeyri-neft sektorunun ÜDM-dəki payını 80%-dək artırmaq niyyətindədir: "Bu məqsədlə heç şübhəsiz ki, xarici investiyalardan da istifadə olunacaq. Ölkəmizdə investisiya qoyuluşu üçün prioritet sahələr kimya sənayesi, kənd təsərrüfatı, İKT və turizmdir. Azərbaycanda investisiya qoyuluşu üçün əlverşli şərait yaradılmışdır, biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, Azərbaycanda sabitlik, o cümlədən makroiqtisadi sabitlik mövcuddur, ölkə qanunvericiliyi Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırlır, inzibati prosedurlar sadələşdirilir, şəffaf mexanizmlər tətbiq olunur, "elektron hökumət"in tətbiqi üçün zəruri tədbirlər görülür. Azərbaycan əlverişli coğrafi-iqtisadi mövqeyə, tranzit imkanlarına malikdir və genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir".

Ş.Mustafayev əlavə edib ki, Avropa İttifaqının 20 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırıması, 17 ölkə ilə isə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb və bu istiqamətdə tədbirlər davam etdirilir. Bütün bunlar isə gələcəkdə də Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşuna və qeyri-neft sektoru sahəsində əlaqələrimizin genişlənməsinə imkan verəcəkdir.

Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Loading Bars
Xəbər lenti
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Moskva hava limanlarında onlarla reys təxirə salınıb
Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb (FOTO)
Biləsuvarda su kanalında qadın batıb
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq - Vüqar Rəhimzadə
Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar - Deputat
Bu yollarda karantin postları fəaliyyətini davam etdirəcək - DYP
Bu ərazilərdə karantin postları ləğv edilir - Baş DYP
Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi açılıb
Füzuli rayonunun Mirzəcamallı kəndi (FOTO/VİDEO)
54 şəhid ailəsi üzvü tibbi müayinədən keçirildi (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib (FOTO)
Bakıda qar yağacaq, yollar buz bağlayacaq
“BakuBus”un rəhbəri vəzifəsindən azad edilib
Azərbaycan nefti ucuzlaşır
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor
Rusiyada koronavirusdan ölənlərin sayı 65 mini keçib
Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib (FOTO)
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Azad olunan ərazilərdə tütünçülüyün inkişafı müzakirə edilib (FOTO)
Azad olunmuş ərazilərimizdə yeni yolların, aeroportların tikilməsi böyük qayıdış üçün vacib prioritetlərdəndir - Deputat
Karantinə getməmək üçün yalnız vaksinasiya yetərli deyil - TƏBİB-dən çağırış
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb (FOTO/VİDEO)
Polis Yardımlıda əməliyyat keçirdi, keçmiş məhkumdan külli miqdarda narkotik aşkarlandı
Hindistanda dünyanın ən kütləvi peyvəndləməsi başlayıb
Məktəblərlə bağlı gələn həftə qərar veriləcək
Hər bir vətəndaşın vaksinasiyada aktiv iştirakı vacibdir – Şahmar Mövsümov
Vaksinasiyadan sonra da qorunma tədbirlərinə ciddi əməl etməliyik - TƏBİB
Kəlbəcər rayonunun Hacıkənd kəndi (FOTO/VİDEO)
Vaksin seçimində əsas meyar təhlükəsiz və effektlivliyidir - Səhiyyə Nazirliyi
Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq
Azərbaycana 2 milyon doza Sinovac vaksini gətirilib
Azərbaycanda vaksinlər bu maliyyə mənbələri hesabına alınacaq
Bəzi ölkələrdən diri heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycanda vaksinasiya strategiyası açıqlanıb
Əsas məqsəd azad edilmiş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizəmiz də davam edir – Şahmar Mövsümov
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur
Birinci bu şəxslər peyvənd olunacaq - CƏDVƏL
Pandemiya ilə güclü mübarizə üsulları hələ hazır deyil - Səhiyyə Nazirliyi
Gəncədə COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir (FOTO)
Azərbaycanda yanvarın 18-dən koronavirsa qarşı vaksinasiya başlayacaq - Şahmar Mövsümov
Ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib - TƏBİB
Tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib - Prezidentin köməkçisi (ƏLAVƏ OLUNUB)
Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu (VİDEO)
Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb
Bu tarixdən bərbərxanalar və gözəllik salonları açılır
Bir gündə cinayət törədən 45 nəfər saxlanılıb
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Operativ Qərargah beynəlxalq və ölkədaxili uçuşlar bağlı məlumat yayıb
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunmur
Metronun qapalı qalması və ictimai nəqliyyatın həftəsonu işləməməsi ilə bağlı qərar qüvvədə qalır
Bu tarixdən kafe və restoranlar işləyə biləcək - Operativ Qərargah
Bu sahələrin fəaliyyəti bərpa olunur
SMS icazə ləğv olunur - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldılır
"Twitter"in işində qüsurlar yaranıb
TAP-ın buraxılış gücü artırıla bilərmi?
260 qaziyə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib (FOTO)
Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq
Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
İlham Əliyev müxtəlif siyasi qüvvələrin fikir birliyini təmin edən lider kimi də tarixə düşdü - Tarixçi alim
Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb
Diabetlə əlaqəli fəsadlaşmaların sayının artması büdcəyə ağır maliyyə yükü yaradır - Agentlik sədri
Braziliyada ötən sutka koronavirusdan 1 038 nəfər ölüb
Azərbaycanda istehsalı artmış və azalmış məhsullar açıqlanıb
"Anglo Asian Mining" şirkəti ötən il Azərbaycanda mis istehsalını artırıb
Kompensasiya ilə bağlı şayiələr həqiqəti əks etdirmir - TƏBİB
ABŞ-ın səhiyyə naziri istefaya gedib
Paytaxtın küçələri yenidən dezinfeksiya edilir (FOTO)
Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfərə çatır
Trampın "Facebook" və "İnstagram" hesabları bərpa edilib
Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini vəzifəsinə namizədini açıqlayıb
İranda güclü zəlzələ baş verib
İspaniyada rekord sayda yoluxma halı qeydə alınıb
Cəbhəboyu ərazilərdə əl qumbaraları, mərmilər və minalar aşkarlanıb - ANAMA (FOTO)
BMT-nin baş katibi koronavirusa qarşı vaksinasiya olunacaq
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 709 mindən çox artıb
Meksika sahillərində güclü zəlzələ baş verib
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
Yanvarın 18-dək ictimai nəqliyyat işləməyəcək
Bütün xəbərlər