...

Azərbaycanın istehlak bazarında 700 kq-dan çox yararsız ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2013 13:32 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar edilib.
Azərbaycanın istehlak bazarında 700 kq-dan çox yararsız ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Xəzər, Sabunçu, Binəqədi rayonlarında, Sumqayıt, Xırdalan, Yevlax, Qazax, Bərdə, Xaçmaz, Şamaxı, Ağsu şəhərlərində, eləcə də Goranboy və Masallı rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə 700 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti