...

"AtaBank" ASC nağdsız hesablaşmalar üzrə aksiyanın qaliblərini müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2013 11:09 (UTC +04:00)
"AtaBank" ASC-nin keçirdiyi "Nağdsız ödə, nağd qazan" kampaniyası çərçivəsində bankın Gəncə, Səbail, Monolit, Bakı və Mingəçevir filiallarından müxtəlif məbləğdə pul mükafatları qazanmış Abbasov İbrahim Faxrəddin oğlu, Rüstəmov Vüqar Xanlar oğlu, Zeynalov Fariz Cəlil oğlu və Hüseynov Pənah Nurəddin oğlu qalib olublar.
"AtaBank" ASC nağdsız hesablaşmalar üzrə aksiyanın  qaliblərini müəyyən edib

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

"AtaBank" ASC-nin keçirdiyi "Nağdsız ödə, nağd qazan" kampaniyası çərçivəsində bankın Gəncə, Səbail, Monolit, Bakı və Mingəçevir filiallarından müxtəlif məbləğdə pul mükafatları qazanmış Abbasov İbrahim Faxrəddin oğlu, Rüstəmov Vüqar Xanlar oğlu, Zeynalov Fariz Cəlil oğlu və Hüseynov Pənah Nurəddin oğlu qalib olublar.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, qaliblər "AtaBank" ASC-nin POS-terminalları vasitəsilə alış-veriş etmiş və 20 (iyirmi) manatlıq çeki banka təqdim edərək uduşlu kuponlar əldə etmişdilər. Kampaniyada yalnız "AtaBank" ASC müştəriləri yox, bütün plastk kart sahibləri iştirak edə bilər. Məhz bu səbəbdən də hər birinizə, alış-veriş üçün "AtaBank" ASC-nın POS-terminallarından istifadə etməyi məsləhət görürük.

Qeyd edək ki, kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar var. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd bank ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.

Kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com saytına, www.facebook.com/atabank və https://twitter.com/AtaBank səhifəsinə daxil olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti