...

Azərbaycanda icbari həyat sığortası potensial bazarının 70 faizi hələ mənimsənilməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Yanvar 2014 05:00 (UTC +04:00)
Azərbaycanda icbari həyat sığortası potensial bazarının təxminən 70 faizi hələ mənimsənilməyib.
Azərbaycanda icbari həyat sığortası potensial bazarının 70 faizi hələ mənimsənilməyib

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycanda icbari həyat sığortası potensial bazarının təxminən 70 faizi hələ mənimsənilməyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə respublikada həyat sığortası üzrə ixtisaslaşan üç şirkətdən biri - "Atəşgah Həyat" şirkətinin İdarə Heyətinin sədri Əkbər Mədətli bildirib.

Onun sözlərinə görə, bu gün, əsasən, böyük şirkətlər öz işçilərini icbari sığortanın istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində oeşə əmək qabiliyyətinin itirilməsi növü üzrə sığorta edirlər, kiçik və orta biznes isə hələ əhatə olunmamış qalır.

Lakin Ə.Mədətov dövlət orqanları, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birlikdə sığorta edənlərin sahibkarlığın bu seqmentini də icbari sığortaya cəlb edə biləcəklərinə ümidini ifadə edib.

Onun fikrincə, buna sığorta qanunvericiliyinə bu yaxınlarda edilmiş dəyişikliklər kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti