...

Azərbaycan hökuməti ilə KfW arasında biosfer qoruğunun yaradılması üzrə danışıqlar bu il tamamlana bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2014 08:00 (UTC +04:00)
Azərbaycanda ilk biosfer qoruğu layihəsi üzrə hökumətlə məsləhətləşmələr artıq 2014-cü ilin I rübündə başa çata bilər. Bu barədə Trend-ə layihəni maliyyələşdirən Almaniya İnkişaf Bankının (KfW) Bakı nümayəndəliyindən bildiriblər.
Azərbaycan hökuməti ilə KfW arasında biosfer qoruğunun yaradılması üzrə danışıqlar bu il tamamlana bilər

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.Əliyev/

Azərbaycanda ilk biosfer qoruğu layihəsi üzrə hökumətlə məsləhətləşmələr artıq 2014-cü ilin I rübündə başa çata bilər. Bu barədə Trend-ə layihəni maliyyələşdirən Almaniya İnkişaf Bankının (KfW) Bakı nümayəndəliyindən bildiriblər.

Nümayəndəlikdən deyiblər ki, layihə tərtib edilib və baxılması üçün hökumətdədir: "Biz gözləyirik ki, layihənin müzakirəsi 2014-cü ildə bütün zəruri prosedurlar həyata keçirildikdən sonra tamamlanacaq".

KfW-dən bildiriblər ki, hazırda layihə üzrə əlavə maliyyə vəsaitinin ayrılması məsələsi nəzərdən keçirilmir, çünki buna ehtiyac yoxdur.

Qeyd edək ki, Azərbaycanda ilk biosfer qoruğunun Balakən və Zaqatala rayonlarındakı iki qoruğun əsasında yaradılması planlaşdırılır.

Layihənin maliyyələşdirilməsinə 4,5 milyon avro həcmində qrant ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti