...

AtaBank "Yeni il, Yeni şans" müsabiqəsinin qaliblərini açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2014 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

"AtaBank" ASC-nin 16 dekabr 2013-cü il tarixindən "facebook" səhifəsində "Yeni il, Yeni şans" şüarı altında start verdiyi hədiyyəli kampaniyanın qalibləri Könül Soltanova, Rəhimbala İbrahimov və Vəçixə Bədəvi olub.

Bankdan Trend-ə verilən məlumata görə, qaliblərə "AtaBank" ASC-dən balansında 100, 200 və 300 manat olan "Visa" və "MasterCard" kartları təqdim edilib. Yeni il ərəfəsində start verilən müsabiqənin əsas məqsədi istifadəçilərin bayram əhval-ruhiyyəsini yüksəltmək və onlara bu bayram günlərində sevinc hissi bəxş etmək olub.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük banklardan biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı - www.facebook.com/AtaBank

Məqalədə:
Xəbər lenti

Xəbər lenti