...

Dünyanın tanınmış Spa Brendi ESPA Azərbaycanda

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2014 11:09 (UTC +04:00)
Fairmont Bakıda ilk spa salonunu açır
Dünyanın tanınmış Spa Brendi ESPA Azərbaycanda

Azərbaycan, Bakı, 17 mart /Trend/

"Bakının modern simvoluna çevrilmiş Alov Qüllələrində, Fairmont Bakıda yerləşən ESPA spa mərkəzi Azərbaycandakı birinci brend spa salonumuzdur. HBA Atlantada Pierre Josselin tərəfindən dizayn edilmiş ESPA xüsusi sifarişlə hazırlanmış mozaik hovuz döşəməsi və isti aneqri parketindən tutmuş dizaynda istifadə olunmuş qırmızının göz oxşayan çalarlarınadək özündə dəbdəbəni və eleqantlığı təcəssüm etdirir. Geniş günəş terraslı və hovuzkənarı saunalı Sky Garden-dən açılan nəfəskəsici Xəzər dənizi mənzərəsi qonaqlara mükəmməl spa effekti bəxş edir." Sue Hamsworth MBE, ESPA-nın baş icraçı direktoru və təsisçisi.

"Bakının əbədi məşəllərindən" ilhamlanmış alov formalı heyrətamiz qüllələr şəhərin yeni simvoluna çevrilmişdir. İki mərtəbədə cəmi 3500 m sahəni əhatə edən spa mərkəzinin hər biri özünəməxsus tərzdə dekor edilmiş aşağı mərtəbəsi bərpa və hər növ fəaliyyətlər, yuxarı passiv mərtəbəsi isə relaksasiya üçün nəzərdə tutulmuşdur. İsti kəhrəba və bürüncün zəngin tonları, gözəçarpan materiallar və büllur elementlər qeyri-adi bir fon yaradır. Xəzər dənizinin məftunedici mənzərəsinə açılan Spa mərkəzdə həmçinin regionun ən böyük hamamı yerləşir.

"Alovun kəhrəbaya bənzər rənglərindən ilhamlanaraq isti və rahatladıcı bir mühit yaratdıq. Hər iki mərtəbədə zəngin və təbii materiallardan istifadə edərək birinci mərtəbəyə parlaq və təravətli toxunuşların vəhdətini, passiv mərtəbəyə isə spa təcrübəsinə uyğun olaraq daha tünd, daha yumuşaq və dəyişkən əhval verdik." İnteryer dizayneri Pierre Josselin, HBA Atlanta.

Daha ətraflı məlumat və fotoşəkillər üçün ESPA əməkdaşı Kate Gaudern ilə əlaqə saxlayın - [email protected]Ошибка! Недопустимый объект гиперссылки.

Redaktorlar üçün qeydlər:
Spa Mərkəzinə aşağıdakılar daxildir:
• Regionda ən böyük hamam
• Çoxfunksiyalı müalicə otaqları
• Özəl suitlər; Cütlük otaqı və Split otaqı
• Ekspres müalicə otaqları
• Ağ şüşəli mozaik hovuz
• 2 relaksasiya hovuzu
• Günəş terrası və açıq hovuz, Sky Garden;
• Panorama pəncərəli hovuzkənarı sauna, buxar otaqı və buz fontanı,
• Təəssürat duşları və isidici şezlonqlar
• Saunalı, buxar otaqlı, buz fontanlı və duş kabinli soyunma otaqları
• Müasir təchizatlı fitnes zalı
• Yoqa və meditasiya studiyası
• Qadınlar və kişilər üçün istirahət guşəsi
• Yuxu şezlonqları
• Gözəllik studiyası
• Kitabxanalı SPA Café

Ağ şüşəli mozaik hovuz

ESPA haqqında:
Spa sahəsində dünya lideri hesab edilən ESPA yenilikçiliyi və irs, tekstura və aroma baxımından zəngin təbii məhsulları ilə beş qitədə nüfuzlu spa mərkəzlərinin dizayn və idarəetməsini müvəffəqiyyətlə əlaqələndirir. Öz sahəsində nüfuz sahibi olan ESPA dünyanın ən möhtəşəm spa mərkəzlərini yaratmaq üçün lüks otel zəncirləri, əmlak şirkətləri və sahibkarlarla tərəfdaşlıq etməkdən və eyni zamanda məhsullarını Birləşmiş Krallıqda istehsal edən Britaniya şirəti olmaqdan qürur duyur. ESPA məhsulları unikal olduqları qədər də effektivdir, onlar hər gün dünyanın 55 ölkəsində yüksək təlimli və olduqca peşəkar terapistlər şəbəkəsi tərəfindən tətbiq olunur. ESPA-nın mükafatlara layiq görülmüş, nəticələrə əsaslanan məhsulları üzlərində və bədənlərində əldə etdikləri nəticələrdən olduqca məmnun qalan xanımlar və bəylər tərəfindən çox sevilir. Bütün bu uğurlar son 3 il ərzində 125-dən çox mükafat qazanmış unikal bir brend yaratmaq məqsədilə təcrübə və zəngin spa irsinin kombinasıyasının nəticəsidir.

FAIRMONT HOTELS & RESORTS haqqında:
Fairmont Hotels & Resorts hər bir məkanın enerjisini, mədəniyyətini və tərixini təcəssüm etdirməklə dünyanın ən gözəl istirahət nöqtələrini qonaqların diqqətinə təqdim edir. Qızğın səyahətsevərlər yaddaqalan səyahət təcrübələri, şəxsiləşdirilmiş və düşünülmüş xidmətlər təmin etdiyi, o cümlədən özünəməxsusluq hissi bəxş etdiyi üçün bu lüks otel brendini seçirlər. Yerləşdikləri nöqtələrdə mükəmməl istirahət məkanı olmaqla Fairmont otelləri yerli yeməklərdən ilham alan mətbəxlər, canlı bar və restoranlar, fərqli dizayn və dekorasiya və ətraf mühit, sosal prioritetlər üzrə dayanıqlı öhdəliklər təklif edir. Bütün dünyada 65-dən çox fəaliyyət göstərən və bundan da çox sayda inşa edilməkdə olan Fairmont otellər zəncirinə daxil olan ən məşhur otellər Nyu Yorkdakı The Plaza, Londonda yerləşən The Savoy, Şanxayda yerləşən Fairmont Peace Hotel və Kvebek şəhərinin Fairmont Le Château Frontenac otelləridir. Fairmont otelləri Fairmont, Raffles və Swissôtel ticarət nişanları altında 105-dən çox otelə sahib olan dünyanın qabaqcıl otel şirkəti FRHI Hotels & Resorts-a məxsusdur. Şirkət həmçinin Fairmont, Raffles və Swissôtel brendli lüks özəl rezidensiya klubu, tam sahibkarlı rezidensiyalar və xidmət edilən rezidensiya mülklərini idarə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti