...

"AtaBank" Novruz bayramında məktəbliləri sevindirdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2014 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend/

16 mart 2014-ci il tarixində "AtaBank"ın dəstəyi ilə məktəbli uşaqlar üçün Novruz bayramı şənliyi təşkil olunub.

Bankdan Trend-ə verilən məlumata gröə, 350-dən artıq uşağın iştirak etdiyi Novruz şənliyində şən klounlar, Kosa və Bahar qızı uşaqlar üçün əyləncəli oyunlar, viktorinalar keçiriblər, onlara bayram sevinci yaşadıblar. Şən musiqi sədaları altında uşaqlar rəqs ediblər və tədbirin sonunda uşaqlara hədiyyələr verilib.

"AtaBank" ASC İdarə Heyətinin üzvü - icraçı direktor Elnur Osmanov tədbirlə bağlı bildirib ki, "AtaBank" maliyyə bazarında yenilikçi missisyası ilə bərabər, xeyirxahlıq missiyasını da yerinə yetirməyə davam edir: "Uşaqların xüsusi qayğıya ehtiyacı olduğundan biz onları tez-tez sevindirir və hər il bayramlarda, bu dəfə isə Novruz bayramında onların Bahar bayramını daha mənalı və yaddaqalan etmək üçün şənlik təşkil edirik. Biz inanırıq ki, uşaqlara göstərdiyimiz bu diqqət və qayğı onların cəmiyyətə qazandırılmasına köməkdir".

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir

Xidmət və məhsullar haqqında daha ətraflı: www.facebook.com/AtaBank

Məqalədə:
Xəbər lenti

Xəbər lenti