...

"AtaBank" ASC-nin yeni filialı açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2014 13:51 (UTC +04:00)
Naftalan şəhərində "AtaBank" ın yeni filialının açılışı olub.
"AtaBank" ASC-nin yeni filialı açılıb

Azərbaycan, Bakı, 19 mart /Trend/

Naftalan şəhərində "AtaBank" ın yeni filialının açılışı olub. Ş.Qurbanov küç. 11 ünvanında fəaliyyət göstərən filial fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, burada hesablaşma-kassa, kreditlər, depozitlər, plastik kartlar, müxtəlif sistemlər üzrə təcili pul köçürmələri, kommunal ödənişlərin qəbulu və digər xidmətləri həyata keçirmək mümkün olacaq.

Filialın açılış mərasimində "AtaBank"ın İdarə Heyətinin üzvü-İcraçı direktor Elnur Osmanov və Filiallarla iş departamentinin direktoru Nəsimi Kərimov iştirak ediblər.

"AtaBank"ın "Naftalan" filialı bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 17:00-ə qədər müştəriləri qəbul edir. Şənbə günləri isə filial 10:00-dan 15:00-dək işləyir. "AtaBank"ın yeni "Naftalan" filialı müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.

Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər Bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti