...

"AtaBank" ASC "Nağdsız ödə, nağd qazan" kampaniyasına yenidən başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2014 15:44 (UTC +04:00)
"AtaBank" ASC-nin "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyası davam edir.
"AtaBank" ASC "Nağdsız ödə, nağd qazan" kampaniyasına yenidən başlayır

Azərbaycan, Bakı, 7 aprel /Trend/

"AtaBank" ASC-nin "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyası davam edir.

"AtaBank" ASC "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasının 3-cü mərhələsinə 1 mart 2014-cü il tarixindən start verib. Lotereya 1 mart 2014-cü il tarixindən 31 dekabr 2014-cü il tarixinədək davam edəcəkdir. Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər.

Ani stimullaşdırıcı lotereyada təqvim ayı ərzində ümumilikdə 20 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər. Kampaniyada iştirak etmək üçün lotereya kuponlarını əldə etmək lazımdır. Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün ödəniş kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminallar şəbəkəsində, nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir. Ödəniş kart istifadəçisi təqdim edəcəyi hər 20 manat məbləğində olan çeklər üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir.

Qeyd edək ki, kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar vardır. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda "AtaBank" ASC-nin POS-terminallarının sayı 8 000-ə yaxındır. Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (http://www.facebook.com/atabank , https://twitter.com/AtaBank_ASC ) və kütləvi informasiya vasitələrində işiqlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti