...

Dövlət Məşğulluq Xidməti bölgələrdə əmək yarmarkalarına start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2014 11:15 (UTC +04:00)
İşaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində əmək yarmarkalarının keçirilməsinə başlanılıb.
Dövlət Məşğulluq Xidməti bölgələrdə əmək yarmarkalarına start verib

Azərbaycan, Bakı, 10 aprel /Trend/

İşaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində əmək yarmarkalarının keçirilməsinə başlanılıb.

ƏƏSMN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilk belə yarmarka Şəmkir rayonunda keçirilib və 24 müəssisə tərəfindən 179 boş iş yerinin təqdim olunduğu yarmarkada 130 nəfərə boş iş yerlərinə göndəriş verilib. Növbəti Əmək yarmarkası növbəti dəfə İsmayıllı rayonunda keçirilməsi nəzərdə tutulur.

İl ərzində respublikanın bütün bölgələrində təşkil olunacaq əmək yarmarkalarında işaxtaran və işsiz vətəndaşlara boş iş yerləri təklif olunmaqla yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması da təmin olunacaq. Yarmarkalar zamanı müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün Səyyar Əmək Birjaları da fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti