...

Oğuzda sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2014 17:05 (UTC +04:00)
Aprelin 17-də Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Oğuz rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninq keçirilmişdir.
Oğuzda sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Aprelin 17-də Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Oğuz rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninq keçirilmişdir.

"Biznes planların və investisiya layihələrinin hazırlanması" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında keçirilən treninqlərdə iştirakçılara biznes-ideyanın yaradılması, biznes-planların tərtibi, maliyyə planı və s. barədə ətraflı məlumat verilmiş, "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzusunda təqdimat keçirilmişdir.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Treninq çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti