...

"AtaBank" "Al, Poz, Qazan" kampaniyası çərçivəsində qalibləri açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2014 10:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

"AtaBank" ASC-nin keçirdiyi "Al, Poz, Qazan" kampaniyası çərçivəsində bankın "Bakı", "Gəncə", "Lənkəran" və "Yeni Həyat" filiallarından müxtəlif məbləğdə pul mükafatları qazanmış Cəfərli Əhməd Müzəffər oğlu, Hüseynov Kənan Tağı oğlu, İbrahimov Aqil Qənbər oğlu, Abdullayeva Sevda Fizuli qızı, Hüseynova Validə Səttar qızı və Mirzəyev Qoşqar Adil oğlu qalib olublar.

Bankdan Trend-ə verilən məlumata görə, qaliblər "AtaBank" ASC-nin POS-terminalları vasitəsilə alış-veriş etmiş və 20 (iyirmi) manatlıq çeki banka təqdim edərək uduşlu kuponlar əldə etmişdilər. Kampaniyada yalnız "AtaBank" ASC müştəriləri yox, bütün plastk kart sahibləri iştirak edə bilər. Məhz bu səbəbdən də bank hər kəsə alış-veriş üçün "AtaBank" ASC-nın POS-terminallarından istifadə etməyi məsləhət görür.

Qeyd edək ki, kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar var. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd bank ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir.

Kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com saytına, www.facebook.com/atabank və https://twitter.com/AtaBank səhifəsinə daxil olmaq olar.

"AtaBank" ASC-nın Pos-terminal siyahısı: http://atabank.com/?sid=131

Məqalədə:
Xəbər lenti

Xəbər lenti