...

AXA MBASK yaxşı sürücüləri dəstəkləyir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2014 14:42 (UTC +04:00)
AXA MBASK sığorta şirkəti ölkəmizin yollarında və küçələrində təhlükəsizliyin təmin edilməsi probleminin xüsusi aktuallığını nəzərə alaraq, yol hərəkətinin təhlükəsizliyi üzrə “Yaxşı sürücü” adlı yeni sosial layihə işləyib hazırladı.
AXA MBASK yaxşı sürücüləri dəstəkləyir (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend/

AXA MBASK sığorta şirkəti ölkəmizin yollarında və küçələrində təhlükəsizliyin təmin edilməsi probleminin xüsusi aktuallığını nəzərə alaraq, yol hərəkətinin təhlükəsizliyi üzrə "Yaxşı sürücü" adlı yeni sosial layihə işləyib hazırladı.

Şirkətdən Trend-ə verilən məlumata görə, avtomobillərin sayının çoxalması, hərəkət sürətinin artması, elementar yol hərəkəti qaydalarına əməl edilməməsi, avtomobildə təhlükəsizlik kəmərlərindən və uşaq oturacaqlarından istifadə edilməməsi yol-nəqliyyat hadisələrinin və bu hadisələr nəticəsində yaranan travmaların əsas səbəbləridir.

"Yaxşı sürücü" - sosial layihəsinin məqsədi yol hərəkəti iştirakçılarının yollarda məsuliyyətli davranışını stimullaşdırmaq, eləcə də vicdanlı və məsuliyyətli sürücüləri həvəsləndirməkdir.

Bu layihə çərçivəsində AXA MBASK şirkətinin nümayəndələri bir ay ərzində əsasən yol hərəkətinin intensiv olduğu küçələrdə və prospektlərdə sürücülərə yolda davranışın əsas qaydaları haqqında məlumat vərəqələri paylayacaq, eləcə də avtomobildə təhlükəsizlik kəmərlərindən və uşaq oturacaqlarından istifadə edilməsinin zərurətindən bəhs edəcəklər.

Qeyd etmək lazımdır ki, bu sosial təşəbbüs çərçivəsində məsuliyyətli sürücülər üçün gələcəkdə şirkət tərəfindən xüsusi sığorta proqramları işlənib hazırlanancaq, təhlükəsiz avtomobil idarə etmə mədəniyyətinin aşılanmasına və tətbiq edilməsinə yönəlmiş, uşaqları və böyükləri əhatə edən müntəzəm tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Belə, sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində "İlin sığorta şirkəti" kimi altı beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti