...

"TuranBank" tibb işçilərinə güzəştli istehlak kreditləri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2014 18:11 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə hər il 17 iyun ölkəmizdə tibb işcillərinin peşə bayramı kimi qeyd olunur.
"TuranBank" tibb işçilərinə güzəştli istehlak kreditləri təklif edir

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Ümummilli lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə hər il 17 iyun ölkəmizdə tibb işcillərinin peşə bayramı kimi qeyd olunur.

"TuranBank" tibb işçilərini peşə bayramları münasibətilə təbrik edərək 17, 18 və 19 iyun tarixlərində onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir. Göstərilən tarixlərdə TuranBank-ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Bankdan Trend-ə verilən məlumata gröə, kredit faizlərində endirim TuranBank-ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

TuranBank müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank "Gözünüz aydın!" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini endirib. Adıçəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz bankın istənilən filialında əldə etmək mümkündür.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə TuranBank Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə Hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaradıb. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər.

TuranBank-ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti