...

"Bank of Baku"-nun bütün filialları fasiləsiz iş rejiminə keçiblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2014 12:53 (UTC +04:00)
Müştəri məmnuniyyətinin artırılması məqsədi ilə "Bank of Baku"-nun bütün filialları nahar fasiləsiz iş rejiminə keçiblər.
"Bank of Baku"-nun bütün filialları fasiləsiz iş rejiminə keçiblər

Azərbaycan, Bakı, 24 iyun/Trend/

Müştəri məmnuniyyətinin artırılması məqsədi ilə "Bank of Baku"-nun bütün filialları nahar fasiləsiz iş rejiminə keçiblər. Artıq bütün müştərilərə saat 13.00-14.00 arası da xidmət göstəriləcək.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "Bank of Baku"-nun fasiləsiz iş rejiminə keçidi müştərilərin vaxtına qənaət etməyə hesablanıb.Xatırladaq ki, "Bank of Baku"-nun filialları bazar ertəsindən şənbəyə kimi saat 9.00-dan 17.00-a qədər müştərilərə fasiləsiz xidmət göstərir.

"Bank of Baku"-nun filiallarının dəqiq ünvanları ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: http://www.bankofbaku.com/az/filials-and-atms/fillials/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti