...

İdeya Qazandı işgüzar realiti şou, Azərbaycan TV məkanına yenilik gətirmiş bir layihədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2014 12:06 (UTC +04:00)
İdeya Qazandı işgüzar realiti şou, Azərbaycan TV məkanına yenilik gətirmiş bir layihədir.
İdeya Qazandı işgüzar realiti şou, Azərbaycan TV məkanına yenilik gətirmiş bir layihədir

Azərbaycan, Bakı, 9 iyul /Trend/

İdeya Qazandı işgüzar realiti şou, Azərbaycan TV məkanına yenilik gətirmiş bir layihədir. İdeya Qazandı verilişində 16-35 yaş arası gənclər investorların qarşısında öz ideya və ya fəaliyyət göstərən bizneslərini təqdim etməklə maliyyə dəstəyi ala bilir. İnvestorlar - böyük şirkətləri təmsil edən yüksək ixtisaslı mütəxəssislər və ya uğurlu bizneslərin sahibkarlarıdır. İnvestorlar bəyəndikləri layihələrə qarşılıqsız investisiya edir, həmçinin layihənin müəllifinə layihənin icraedilməsi boyunca məsləhət və istiqamət verir.

Layihənin məqsədi Azərbaycanda kiçik və orta sahibkarlığı gənclər arasında həvəsləndirmək, düzgün iş qurmağı öyrətmək, biznes etikasını aşılamaqdır.

Verilişin gənclər üçün maraqlı və baxılmasını təmin etmək məqsədilə hazırlanmasında xüsusi texnika və qrafikadan istifadə edilmişdir. Çəkilişlər ABŞ-dan dəvət olunmuş, Holivud təcrübəsi olan rejissor Deniel Katz tərəfindən aparılmışdır.

Layihənin rəhbəri Raşxan Qaraşlı, verilişin meydana gəlməsi haqqında məlumat verərək öz təəssüratlarını bölüşür.

Müsahib -İdeya Qazandı -Sizin üçün nə deməkdir?

R.Qaraşlı - İdeya Qazandı bir veriliş kimi 2 ilə hazır olmuşdur. Bizim ilk öncə fikirimiz sahibkarlığa dəstək naminə ekspertlər qrupunu yığmaq və gənclərə konsultasiya etmək idi. İşin içində konsultasiya almaq istəyən gənclər ordusu meydana çıxdı və biz anladıq ki, gənclərin biliklərə və təcrübə bölüşməsinə çox ehtiyac var. Konsuıtasiya prosesini videoya alıb sosial şəbəkələrdə yaymaq qərarına gəldik. Bu zaman bir format düşündük ki, tamaşaçılara izləməyə maraqlı olsun. Nəhayət bu layihəni daha irimiqyaslı etmək üçün sponsor və televiziya ilə danışıqlar apardıq. Bütün bu mətbəx işləri 2 il çəkdi, amma bu işdən zövq alırdıq və proses xoş xatirələr verdi. İdeya Qazandı mənim üçün sevdiyim işlə məşğul olmaq deməkdir.

Müsahib -İnvestorlar - əjdahalar onlar haqqında düşüncələriniz nədir

R.Qaraşlı - Ekranda gördüyünüz investorlar real həyatdakı kimi özlərini aparırlar. Onlar həm mülayim, həm sərt ola bilirlər. İştirakçılar onlarla səmimi və dürüst olmalıdırlar. Əgər iştirakçı birbaşa suallara cavab vermirsə, qəsdən yayınırsa, bu investorları əsəbiləşdirir, çünki qeyri-ciddi münasibətin anlamına gəlir.

İnvestorların öz fərdi tərzi və təcrübəsi var. Onlar hamısı fərqlidirlər. Belə fərqli və maraqlı insanları bir araya yığa bildiyimizə görə sevinirəm. Çəkilişdən əvvəl biznes aləmindən ayırıb dəvət etdiyimiz insanların kamera qarşısında özlərini necə hiss etmələri bizi narahat edirdi. Lakin real zaman yarada bildik və investorlar da çox sərbəst və səmimi idilər.

Müsahib - Maliyyələşdirilmiş layihələri necə dəyərləndirirsiniz?

R.Qaraşlı - Layihə ilk dəfə keçirildiyinə görə iştirakçılar nəyin necə olacağını bilmirdirlər. Bir çox gəncin hazırlıq səviyyəsi aşağı idi. Bəzi gənclər sosial layihələrlə çıxış edirdi. İlk mərhələdə iştirakçıları seçərkən inadlı və özünə inanan gənclərə fürsət yaratdıq. İnvestisiyaya gəldikdə isə bu investorların subyektiv qərarına əsasən verilir. Məncə, bacarığı, xarizması, inadı və ya başqa bir xüsusiyyəti sayəsində investisiya ala bilən gənc artıq bir addım öndədir və layihəsinin icrasına başlamalıdır.

Müsahib -Siz İdeya Qazandını təqdim edirsiniz. Özünüz iştirak etmək istəməzdiniz?

R.Qaraşlı - Mən özüm iş adamıyam. Şirkətimi quranda çoxlu maliyyə çətiniklərimiz var idi. Əgər belə bir fürsət o zaman olsaydı mütləq iştirak edərdim. Düşünürəm ki, gənc sahibkar üçün bundan yaxşı təklif ola bilməz. Banklar çoxlu sənəd və zamin istəyir faizlər var. İdeya Qazandıda bunların heç birisi yoxdur. Amma bütün bu imtiyazları əldə etmək üçün əlbəttə ki yaxşı hazırlaşmaq lazımdır.

Müsahib - Təqdimat prosesi nə qədər çətindir? 3 dəqiqə az deyilmi?

R.Qaraşlı - İlkin təəssürat yaratmaq və ideyanın maraqlı olmasını təyin etmək üçün kifayət qədər zamandır. 3 dəqiqəlik təqdimatdan sonra diskussiya başlayır. Burada zaman məhdudiyyəti yoxdur.

Verilişə baxdıqca, zəif hazırlıqlı və biznes plan kimi təqdim etdikləri 2 vərəqli prezentasiyalarla gələn iştirakçıların olduğunu görə bilərsiniz. Belə iştirakçıların adətən çox qlobal ideyaları olur. İnvestorlar və təşkilatçılar tərəfindən ən minimal tələb layihənin davamlılığını və satış mexanizminin qurulmasının hazırlamaqdır. Bu istənilən biznesin əsasıdır və biznesmen olmaq istəyən gəncin layihəsi bu minimal tələblərə cavab verməlidir.

Başqa bir məsələ var ki, qaranlıq korridor ilə gedib 5 tanımadığın, sərt üzlü investorun qarşısında çıxış etmək çətindir. Bu adi müsahibə deyil. Bir çox iştirakçı üçün həyəcan elə yüksək olur ki, danışa bilmirlər

Müsahib - Çəkiliş ərzində yadda qalan məqamlar hansılar olub?

R.Qaraşlı - Layihənin rəhbəri kimi özümü həm investorlar, həm iştirakçılar qarşısında çox məsuliyyətli hiss edirdim. Bəzən çox gülməli ideyalar səslənəndə özümü gülməkdən saxlaya bilmirdim. Bütün komanda bəzən gülürdü, realiti olduğundan çəkilişi dayandırmaq olmurdu. İnvestorlar da gülürdü. Bəzən isə çox maraqlı ideyalarla insanlar gəlirdi. Onların çalışqanlığı və inamlı olması insanda fəxarət oyadırdı. Onlar öz ideyaları üçün müsbət və ya mənfi rəylər alanda mən də onlarla birlikdə həyəcan keçirdirdim. Mənim fəlsəfəm hər nə edirəmsə, ondan zövq almalıyam deyir. İdeya Qazandı layihəsinin hazırlığı, çəkilişi və sonrakı istehsalat dövrü mənim və komandam üçün əyləncəli keçib.

Müsahib -Ideya Qazand nə qədər davamlı olacaq?

R.Qaraşlı - Hazırda İdeya Qazandının ikinci sezonuna hazırlıq gedir. İştirakçıların qeydiyyatı keçirilir və artıq 200 dən çox namizəd var. İdeya Qazandı bizə zövq verdikcə yayımlar gedəcək.

İdeya Qazandı işgüzar veriliş hər çərşənbə axşamı 23 30-da ATV-də (təkrarı şənbə günü 9 00) yayımlanırdı. Birinci sezon boyu 10 seriya efirə getmişdir və 5 iştirakçının layihəsinə investisiya verilmişdir. İnvestisiyanın ümumi məbləği 21 000 manat təşkil etmişdir. Verilişi qaçıranlar GəncTV.az saytından seriyaları izləyə bilər.

Xatırladaq ki, verilişin ikinci sezonuna ərizələrin qəbulu başlayıb. Müraciət etmək istəyən gənclər daha ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün ideyaqazandi.az saytından istifadə edə bilər.

Məlumat üçün bildirək ki, bu günə kimi İdeya Qazandı verilişində 5 nəfər öz layihəsi üçün maliyyə vəsaiti ala bilib. Nigar Məhəmmədli Şəkidə kompüter kurslarının açılmasına görə Paşa Bank və Garant Holdinqdən 8000 AZN, Dilarə Rüstəmzadə innovativ Tunning Fork layihəsinə görə Buta Sığorta və Veritas Management Systems-dən 8000 AZN, Nurbəniz Mərdiyeva əl işlərinin hazırlanması və satışı üçün Garant Holdinqdən 1000 AZN, İlahə Abbaslı İçəri Şəhərdə Vintaj kitab mağazası üçün Paşa Bankdan 4500 AZN investisiya alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti