...

Ekspert: Azərbaycanın iqtisadi inkişafında maliyyə sektorunun rolu artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2014 18:45
Azərbaycanın iqtisadi inkişafında maliyyə sektorunun rolu artacaq. Bu barədə cümə günü Trend-ə ekspert Fərhad Əmirbəyov bildirib.
Ekspert: Azərbaycanın iqtisadi inkişafında maliyyə sektorunun rolu artacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Emin Əliyev/

Azərbaycanın iqtisadi inkişafında maliyyə sektorunun rolu artacaq. Bu barədə cümə günü Trend-ə ekspert Fərhad Əmirbəyov bildirib.

Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını şərh edərkən F.Əmirbəyov deyib: "Güman edirəm ki, söhbət milli iqtisadiyyatın xammaldan daha mürəkkəb modelədək inkişafının ümumi paradiqmalarının dəyişməsindən gedir".

Öz yekun nitqində dövlət başçısı qeyd edib ki, ölkədə fəaliyyət göstərən kommersiya bankları tərəfindən iqtisadiyyatın real sektorunun daha aktiv kreditləşdirilməsi lazımdır.

Eyni zamanda, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, özəl sektor öz məsuliyyətini dərk etməli və ümumi işə töhfəsini verməlidir.

Ekspertin sözlərinə görə, ölkədəki bankların kredit portfelinin strukturuna diqqət yetirsək görərik ki, onun təxminən 40 faizini əhaliyə verilən kreditlər təşkil edir. Bu barədə daha ətraflı: http://www.trend.az/capital/business/2289859.html

F.Əmirbəyov qeyd edib: "Bu, kifayət qədər yüksək göstəricidir. Bununla yanaşı, bank kreditinin korporativ sektora nüfuz etməsinin dərinliyi yüksək deyil. Korporativ sektora "uzun" və daha ucuz pullar lazımdır".

Bundan başqa, korporativ sektor üçün belə pulların mənbələrinin tapılması məsələsi də mövcuddur. Ekspert qeyd edib ki, onlar həm daxili, həm də xarici mənbələr ola bilər: "Tapşırığı aşağıdakı kimi qoymaq olar: ölkə bankları hansı rəqabət qabiliyyətli məhsullarla korporativ sektora çıxacaqlar?".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti