...

Əli Məsimli: Maliyyə sektoru Azərbaycanın regionlarının iqtisadi inkişafını dəstəkləməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2014 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir Emin Əliyev/

Maliyyə sektoru Azərbaycanın regionlarının iqtisadi inkişafını dəstəkləməlidir. Bu barədə şənbə günü Trend-ə Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirib.

Deputat hökumətin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışını şərh edərkən bildirib: "Milli iqtisadiyyatın şaxələndirilməsi və neft sektorundan asılılığın azaldılması Azərbaycan Prezidentinin bütün çıxışlarında xüsusi qeyd olunur. Dövlət başçısı milli iqtisadiyyatın real sektorunun inkişafına ayrılan xüsusi diqqəti daim qeyd edir. Prezident ölkənin regionlarında sənaye zonalarının yaradılması prosesində dövlət dəstəyinin mexanizmləri ilə bərabər səviyyədə maliyyə rıçaqlarının da cəlb edilməli olmasına diqqət çəkdi. Bu, çox aktual, kommersiya banklarının rolunun artırılması baxımından mühüm məsələdir. Bankların özlərinin, xaricdən cəlb edilmiş və hətta bilavasitə dövlətdən alınmış resurslardan maksimal gəlirin çıxardılması üçün istifadə etdikləri maliyyə-kredit mexanizmlərinin köməyi ilə böyük iş görülə bilər".

Dövlət başçısı giriş nitqində qeyd edib ki, Azərbaycanın uğurlarının əsasında düşünülmüş siyasət və sabitlik durur: "İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur. Siz də yaxşı xatırlayırsınız ki, vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır".

Ə.Məsimli bildirib: "Son illər bank sisteminin kredit portfelində istehlak kreitlərinin payı xeyli artıb ki, bu da ciddi problemlərə gətirib çıxara bilər. Real sektorun kreditləşməsinin həcmi bir çox hallarda ona görə azdır ki, bankların real sektora təklif etdikləri faiz dərəcələri sahibkarlar üçün əlçatmazdır.Bank sahəsində mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün islahatlar paketinin hazırlanması lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti